Türkiyədəki suriyalılar ölkələrinə qayıdır: Türk xalqına təşəkkür edirəm FOTOLAR
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkələrində gedən vətəndaş müharibəsi zamanı Türkiyəyə sığınan suriyalılar 61 illik Baas rejiminin devrilməsindən sonra ölkələrinə qayıtmağa davam edir.
Sherg.az xəbər verir ki, Kilisdəki Öncüpınar Gömrük Qapısında izdiham yaşayan suriyalıların əməliyyatları İl İmmiqrasiya İdarəsinin tərkibindəki Repatriasiya Mərkəzində aparılır.
16 yaşlı Hikmət Haskiro 3 yaşında gəldiyi Türkiyəni çox sevdiyini bildirib:

"Türk xalqı çox yaxşıdır, onlara təşəkkür edirəm. Suriyaya getdiyim üçün çox xoşbəxtəm. 13 ildir ki, oradakı qohumlarımdan ayrıyam, indi onları görəcəyəm. Buna çox sevinirəm" deyib.
Ailəsi ilə birlikdə Suriyaya qayıtmaq üçün sərhəd qapısına gələn 12 yaşlı Cennet Atra məktəbdə dostlarını və müəllimlərini çox sevdiyini bildirib.
Muhammet Farih (30) də 6 il əvvəl Türkiyəyə gəldiyini ifadə edərək, "Müharibə bitdi, qayıdıram. Dəməşqə gedəcəm. Türk xalqına təşəkkür edirəm" deyə bidirib.
Baxış sayı:96
Bu xəbər 11 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















