Icma.az
close
up
RU
Türkiyədən Azərbaycanı məyus edən addımlar: Ankara İrəvan yaxınlaşmasından kim peşman olacaq?

Türkiyədən Azərbaycanı məyus edən addımlar: Ankara İrəvan yaxınlaşmasından kim peşman olacaq?

Icma.az, Apa.az saytına istinadən bildirir.

Türkiyə-Ermənistan münasibətlərində son günlər ciddi yaxınlaşma müşahidə olunur. Bu yaxınlaşmanın məntiqi nəticəsi bu gün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” nəzarət-buraxılış məntəqəsinin açılması oldu.

“Marqara” buraxılış məntəqəsi - Türkiyə-Ermənistan sərhədi 32 ildən sonra açılıb

Məlum səbəblərdən 32 ildir, bağlı olan Türkiyə-Ermənistan sərhədi "Ermənistandan Suriyaya humanitar yardım daşımaq" bəhanəsi ilə bu gün açılıb.

Nəzarət-buraxılış məntəqəsinin açılması barədə Ermənistan hökuməti qərar verib. Qərarda bildirilir ki, Ermənistandan Suriyaya Türkiyə ərazisi ilə humanitar yardım göndərilməsi üçün “Marqara” buraxılış məntəqəsi martın 21-dən 31-dək açılacaq.

“Bu qərar Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına humanitar yardımın daha tez və daha az xərclə çatdırılmasına imkan yaradacaq” - qərarın əsaslandırılmasında qeyd olunur.

Təbii ki, Ermənistan bu qərarı birtərəfli qaydada verməyib, bunun üçün Türkiyə tərəfinin də razılığı var. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın “Marqara” sərhəd-buraxılış məntəqəsinin açılmasına görə türkiyəli həmkarlarına təşəkkür etməsi də bunu göstərir.

Azərbaycandan gizli sərhəd danışıqları

Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında sərhəd məsələsi bağlı qapılar arxasında çoxdan müzakirə olunurdu. Lakin çox qərbədir ki, bu barədə Azərbaycana hər hansı məlumat verilmirdi. Diqqət çəkən digər məqam odur ki, “Marqara” sərhəd-buraxılış mərhələsinin açılacağı barədə xəbərləri Ermənistan tərəfi elan edir, Türkiyə rəsmiləri bu məsələdə suallar yaradan susqunluq nümayiş etdirirlər.

O da məlumdur ki, Türkiyə ilə Ermənistan arasında sərhəd məsələsi ilə bağlı gizli müzakirələrin arxasında Türkiyədə Ermənistana qucaq açmaq istəyən dairələr, qlobal imperialist qüvvələr, Bayden-Blinken Administrasiyası, Avropa İttifaqı, erməni lobbisi dayanırdı. Təəccüblüdür ki, artıq Bayden Administrasiyası yoxdur, amma Türkiyədə bu planı icra etmək istəyən antimilli qüvvələr bu prosesi davam etdirir və müəyyən mənada istəklərinə nail olurlar.

Ərdoğan-Paşinyan görüşü, Ərdoğanın kitab hədiyyəsi, türkiyəli jurnalistlərin Ermənistana səfəri

Ərdoğan-Paşinyan görüşünün təşkilini, Ərdoğanın Paşinyana kitab hədiyyə etməsini, türkiyəli jurnalistlərin bu günlərdə Ermənistana səfərini, Türkiyə-Ermənistan sərhədinə baxış keçirmələrini də bu planın tərkib hissəsi kimi qiymətləndirmək olar.

Burdan belə nəticəyə gəlmək olar ki, bu qüvvələr Türkiyə rəhbərliyini bu cür yanlış addımları atmağa razı sala biliblər. Bu isə Azərbaycan xalqını məyus edir və haqlı hiddət doğurur.

Ermənistanın ərazi, qondarma “erməni soyqırımı” iddiaları, gerbdəki Ağrıdağ

Eyni zamanda Azərbaycan tərəfində, xalqında haqı suallar meydana çıxır: Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlaması, etnik təmizləmələr aparması, on minlərlə şəhid, yüzlərlə mina qurbanı, işğal zamanı şəhərlərin, kəndlərin dağıdılması, xarabalığa çevrilməsi, məscidlərin təhqir olunması və digər qeyri-insani əməllər, vəhşiliklər, cinayətlər nə tez yaddan çıxdı?

Ermənistan-Türkiyə yaxınlaşmasında diqqətə çəkən başqa məqamlar da var. Məlumdur ki, Ermənistan Konstitusiyasında Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur. Bununla yanaşı, Ermənistanın dövlət gerbində Ağrıdağının şəkli var. Eyni zamanda, Ermənistan Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiasından da rəsmi olaraq geri çəkilməyib. Belə olan halda, Ankaranın Ermənistanla münasibətləri tələm-tələsik qaydaya salıb, sərhədi açmaq həddinə qədər irəlilətməsini necə qiymətləndirmək olar?

Azərbaycanın Ermənistandan tələbləri, Türkiyənin maraqları, Zəngəzur dəhlizi

Diqqətdən qaçmamalıdır ki, bu gün Azərbaycan Ermənistan qarşısında qoyduğu tələblərlə həm də Türkiyənin maraqlarını qoruyur. Bakı İrəvandan Azərbaycana qarşı ərazi iddiasını Konstitusiyasından çıxarmağı tələb etməklə, həm də Türkiyəyə qarşı ərazi iddiasını aradan qaldırılmağı tələb edir. Ankara Ermənistan Konstitusiyasında qonşu dövlətlərə, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları, gerbində Ağrıdağın olmasını unutmamalıdır.

Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbinə Türkiyə tərəfindən daim dəstək ifadə olunur. Ankarada ən yüksək səviyyədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulanır. Hətta Türkiyə indiyədək Azərbaycanı əmin edirdi ki, Zəngəzur dəhlizi açılmadan Ermənistanla sərhəd açılmayacaq. Bu gün isə bu vədin də unudulduğunu görürük. Nə baş verdi ki, bu vədlər yaddan çıxdı?

Türk dünyasının birləşməsinə Türkiyə lazımı dəstək vermir

Ankaranın daha bir məyusedici addımı türk dünyasının inteqrasiyası, birləşdirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin türk dünyasının birləşdirilməsi istiqamətində addımlarına Türkiyədən sözdə dəstək olsa da, əməldə bu hiss olunmur, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi, dünya siyasi arenasında nüfuzunu yüksəltməsi və öz layiqli yerini tutması üçün lazımı tədbirlər görülmür. Əksinə, Türkiyə son vaxtlar üzünü Ermənistana çevirir, İrəvanla əməkdaşlığın formullarını axtarır. Bunlar isə Azərbaycanla yanaşı, bütünü türk dünyasını da məyus edir.

Türkiyə Ermənistanla münasibətləri yaxınlaşdırmasının, sərhədləri açmasının Azərbaycan xalqında hansı reaksiya doğurmasını diqqətdən kənarda saxlaya bilməz. Türkiyəyə münasibətdə hər zaman “Bir millət, İki dövlət” prinsipini əsas tutan Azərbaycan son yaşananlardan təbii ki, çox məyus və narahatdır, Ankara bunu yaxşı bilməlidir. Ankara onu da yaxşı bilməlidir ki, Ermənistan heç vaxt etibarlı tərəfdaş, ölkə, qonşu olmayıb. Sonradan peşman olmamaq üçün seçimi indidən düzgün etmək lazımdır.

APA Analytics

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri