Türkiyədən gələn yüklər üçün Ermənistan marşrutu Gürcüstan marşrutundan nə qədər sərfəlidir?
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan yük maşınlarının Marqara-Yeqnadzor-Sisian-Gorus yolu ilə Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazır olduqlarını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu yol açılarsa, Türkiyədən Azərbaycana yük avtomobilləri iki əsas yol ilə hərəkət edə bilər.
Qeyd edək ki, hazırda yüklər əsasən Gürcüstan vasitəsilə Azərbaycana çatdırılır. İstanbul-Tbilisi-Bakı marşrutunun uzunluğu təxminən 1 750 kilometrdir. Yük maşını bu məsafəni adətən 27-30 saata qət edir. Bu zaman maşın təxminən 350 dollarlıq yanacaq sərf edir.
Əgər Ermənistan ərazisindən keçən yol aktiv olarsa, məsafə təxminən 1 350 kilometr olacaq. Bu marşrutla yük maşını Bakıya təxminən 20-22 saata çata bilər. Yəni, 7-8 saat daha tez. Yanacaq xərci isə təxminən 270 dollar civarında olacaq.
Digər xərclər baxımından da Ermənistan marşrutu bir qədər ucuz başa gələ bilər. Çünki məsafə qısa olduğundan amortizasiya, sürücünün əməkhaqqı və texniki xidmətlərə çəkilən xərclər də azalır.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Gürcüstan Türkiyədən vasitəçilik xahiş etdi
18 İyun 2025 11:04
Ermənistan konstitusiyası dəyişməlidir Türkiyədən REAKSİYA
17 Mart 2025 19:36
Qalstyan: “Azərbaycanla sülh Ermənistan üçün sərfəlidir”
09 Sentyabr 2025 14:18
Ermənistan Türkiyədən nə alıb və nə satıb? Siyahı
24 Aprel 2025 16:17
Gürcüstan Ermənistan sərhədində ZƏLZƏLƏ
20 May 2025 11:16
Baxış sayı:79
Bu xəbər 27 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















