Türkiyədən İdlibdəki hadisələrə münasibət
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İdlib və ona bitişik bölgədə sülhün qorunması Ankara üçün prioritet məsələdir.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Ömcü Keçeli deyib.
Qeyd olunub ki, 2017-ci ildən bəri İdlibdə gərginliyin azaldılması ilə bağlı bəzi razılaşmalar əldə olununub və Türkiyə tərəf olduğu müqavilələrin tələblərini dəqiqliklə yerinə yetirir.
“İdlibə qarşı son hücumların Astana razılaşmalarının ruhuna və fəaliyyətinə xələl gətirəcək, ciddi mülki itkilərə səbəb olacaq səviyyəyə çatdığına dair müxtəlif beynəlxalq platformalarda lazımi xəbərdarlıqlar etdik və bu hücumların dayandırılmasının vacibliyini qeyd etdik.
Əslində son günlər baş verən qarşıdurmalar regionda gərginliyin arzuolunmaz şəkildə artmasına səbəb olub. Yeni və daha böyük qeyri-sabitliyin yaranmaması və mülki əhalinin zərər görməməsi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”, – deyə XİN sözçüsü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 29 Noyabr 2024 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















