Icma.az
close
up
RU
Türkiyədən iki ölkəyə sərt xəbərdarlıq: Tarix verildi Başqa yol yoxdur

Türkiyədən iki ölkəyə sərt xəbərdarlıq: Tarix verildi Başqa yol yoxdur

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kürdüstan Fəhlə Partiyası (PKK) özünü ləğv etdiyi açıqladıqdan sonra diqqətlər terror təşkilatının tərkisilah prosesinə yönəlib. Türkiyənin Milli Kəşfiyyat Xidməti (MİT) prosesin addım-addım izlənildiyini bildirib. Həmçinin Ankaranın bu məsələ ilə bağlı hazırladığı müvafiq planın olduğu, 4 ay ərzində müsbət nəticənin əldə ediləcəyi vurğulanır.

İddialara görə, Ankara “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində tərkisilah prosesinə zərər verə biləcək hər hansı addımın atılmaması üçün İsrail və İrana xəbərdarlıq edib. Hətta kürdlərin proksi qüvvələr kimi Türkiyə sərhədinə gətirilməsinin müharibə aktı olaraq qiymətləndiriləcəyi qeyd olunub.

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, qardaş Türkiyənin bu xəbərdarlığı olduqca yerində qərardır:

“Çünki, İsrail və İran kimi ölkələr terror təşkilatının birdəfəlik və heç kəsin gözləmədiyi şəkildə bu cür qısa müddətdə sıradan çıxarılmasına göz yuma bilməzdi. Lakin düşünürəm ki, bu proses nəticə verməyəcək və Türkiyə başladığı işi bitirəcək. Necə ki, PKK-nın əsas dayaqlarından biri olan Suriya məsələsi həll edildi, elə bu da onun təbii davamıdır. Artıq kürdlər də prosesin başlanmasından sonra on illərdir etdikləri səhvlərin fərqinə vardılar və əmin oldular ki, sülh mühitində yaşamaqdan başqa çıxış yolları qalmayıb.

İran və İsrail əvvəlki planlarını həyata keçirməyə cürət etməyəcəklər, çünki Türkiyə dəyişib. Xüsusilə, Suriya prosesindən sonra hər iki dövlət Ankaranın gücünü daha dərindən hiss etdilər. Tehran bu cür addım atmağa risk etməz. Qonşuluğunda güclü bir dövlətlə indiki vəziyyətdə soyuq münasibətlər qurmaq ona zərər vura bilər.


Cavanşir Abbaslı 

Ekspert əlavə edib ki, artıq ABŞ və bəzi Avropa ölkələri də PKK-nın üzərindəki təsirini azaldıb, kürd terrorçularından istifadə etmək marağında deyillər:

“PKK-nın “istifadə müddəti” bitib. Qardaş Türkiyə bölgədə kürdlərdən proksi qüvvə kimi istifadə olunmasının fərqindədir və bu səbəbdən belə xəbərdarlıqlar edir. PKK artıq tarixdir və tarix səhifələrində hər zaman lənətlənəcək bir fenomen olaraq qalacaq. Əminəm ki, proseslər sonda hamımız üçün sevindirici nəticə ilə yekunlaşacaq.

Artıq hər bir dövlət, xüsusən NATO-nun ikinci ən böyük ordusuna malik olan Türkiyə ilə qarşıdurma axtarmaqdan çəkinir. İsrail və İranın bu istiqamətdə konkret addımlar atacağını da düşünmürəm. Türkiyə tərəfindən verilən belə bir açıqlama, əsasız deyil. Başqa ölkələrin də adı çəkilə bilərdi, amma məhz İsrail və İranın vurğulanması onu göstərir ki, hələ də bu iki ölkə “xəstə düşüncələr”ə qapılmağa davam edirlər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 May 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri