S 400 lər Türkiyədən başqa ölkəyə veriləcək?
Icma.az, Milli.az saytına istinadən bildirir.
Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin Türkiyədən dost ölkələrdən birinə köçürülməsi məsələsi gündəmdədir.
Milli.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, məsələ ilə bağlı müvafiq işlər aparılır və əlaqələr həyata keçirilir.
"Bu məsələ gündəmdədir, müvafiq iş aparılır və müvafiq təmaslar həyata keçirilir", - deyə o, Rusiyanın S-400 sistemlərinin Türkiyədən dost ölkələrdən birinə köçürülməsi imkanını nəzərdən keçirib-keçirmədiyi ilə bağlı suala cavabında bildirib.
Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı müqaviləni 2017-ci ildə imzalayıb. İlk komplekslərin tədarükü 12-25 iyul 2019-cu ildə həyata keçirilib.
ABŞ S-400-lərin F-35 qırıcılarının texnologiyası və məxfi imkanları üçün təhlükə yarada biləcəyini, həmçinin Rusiya istehsalı olan sistemin NATO-nun hava hücumundan müdafiə sistemləri ilə uyğunluq problemi yaradacağını əsas gətirib. Bu səbəbdən Vaşinqton 2019-cu ildə Türkiyənin F-35 proqramından çıxarılması prosesinə başlayıb.
Pentaqonun mövqeyinə görə, S-400 və F-35 sistemlərinin eyni vaxtda istifadəsi mümkün deyil.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 Sentyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















