Türkiyədən İsrailə sərt cavab: “Həqiqətləri söyləməyə davam edəcəyik”
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Xarici İşlər Nazirliyi İsrail rəsmilərinin son günlər Ankara ilə bağlı səsləndirdiyi iddiaları koordinasiyalı dezinformasiya kampaniyasının tərkib hissəsi adlandırıb.
"AzPolitika" xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun hökuməti ünvanlarına səslənən tənqidləri qəsdən təhrif edir, sistemli təbliğat vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır.
Bəyanatda vurğulanıb ki, bu cəhdlər artıq beynəlxalq ictimaiyyəti inandıra bilmir və Netanyahu hökumətinin Qəzzada törətdiyi soyqırımı, eləcə də bölgədə həyata keçirdiyi işğal və ilhaq siyasətini gizlətmək mümkün deyil.
Türkiyə bölgədə bütün ölkələrin və xalqların sülh, sabitlik və rifah şəraitində yaşamasının tərəfdarı olduğunu bildirərək, İsraili konstruktiv və sülhpərvər siyasət yürütməyə çağırıb.
Nazirlik bəyanatını "Türkiyə olaraq həqiqətləri söyləməyə davam edəcəyik" mesajı ilə yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 İyul 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















