Türkiyədən Qəzzaya yeni yardım donanması yola düşüb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Türkiyənin Marmaris şəhərindən Qəzzaya doğru yeni humanitar yardım donanması yola çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Clash Report" "X" səhifəsində məlumat yayıb.
Məlumata görə, 45 ölkədən gəlmiş təxminən 500 fəalın iştirak etdiyi karvan 54 qayıqdan ibarətdir və bu, fəalların Qəzzaya çatmaq üçün sayca ikinci cəhdidir:
"Fəallar yenidən Türkiyədə toplaşaraq daha böyük karvan formalaşdırıblar və yenidən Qəzzaya doğru hərəkətə başlayıblar. İsrail tərəfi isə donanmanın qarşısını yenidən alacağını bildirib", - məlumatda vurğulanıb.
Bildirilib ki, karvanın daşıdığı humanitar yardım yükünə düyü, un, körpə qidası və dərman vasitələri daxildir.
Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələrinin aprelin 30-na keçən gecə Krit adası yaxınlığında "Qlobal Sumud Donanması"nın 58 gəmisindən 15-ni ələ keçirdiyi bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 May 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















