Icma.az
close
up
RU
Türkiyədən Yunanıstanı mat edən gediş Ankara keçmiş düşməni ilə anlaşır

Türkiyədən Yunanıstanı mat edən gediş Ankara keçmiş düşməni ilə anlaşır

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Türkiyənin Liviyanın şərqindəki qüvvələrlə yaxınlaşması Şərqi Aralıq dənizində qüvvələr nisbətini dəyişdirə biləcək mühüm prosesə çevrilib.

Turkustan.az xəbər verir ki, məsələnin əsasında Türkiyə və Yunanıstan arasında uzun illərdir davam edən dəniz yurisdiksiya zonaları mübahisəsi dayanır. Ankara Yunanıstanın Türkiyə sahillərinə yaxın adalara geniş dəniz yurisdiksiyası verilməsi mövqeyinin Türkiyənin kontinental şelfini və enerji axtarışı imkanlarını məhdudlaşdırdığını bildirir.

Bu qarşıdurmada əsas dönüş nöqtələrindən biri 2019-cu ildə baş verib. Türkiyə həmin il Liviyanın Tripolidə yerləşən hökuməti ilə Aralıq dənizində dəniz yurisdiksiya zonalarının delimitasiyasına dair memorandum imzalayıb. Razılaşma Türkiyə ilə Liviya arasında Aralıq dənizində dəniz sərhədinin müəyyənləşdirilməsini nəzərdə tutur və Ankara bunu Şərqi Aralıq dənizində öz hüquqlarının qorunması baxımından strateji sənəd hesab edir.

Yunanıstan isə ilk gündən Türkiyə–Liviya memorandumuna sərt şəkildə qarşı çıxıb. Afinanın əsas arqumentlərindən biri sənədin Liviyanın şərqində yerləşən Nümayəndələr Palatası tərəfindən ratifikasiya edilməməsidir.

İndi isə vəziyyəti kökündən dəyişdirə biləcək proses başlayıb. Ankara əvvəllər Türkiyənin Liviyadakı əsas rəqiblərindən olan Xəlifə Haftar düşərgəsi ilə münasibətlərini sürətlə yaxşılaşdırır. Türkiyə rəsmilərinin Benqazidə keçirdiyi görüşlər Ankara ilə Liviyanın şərqindəki siyasi və hərbi qüvvələr arasında yeni əməkdaşlıq mərhələsinin yarandığını göstərir.

Əsas məsələ 2019-cu il Türkiyə–Liviya dəniz memorandumunun Liviyanın Nümayəndələr Palatasında ratifikasiyası ehtimalıdır. Belə bir addım Yunanıstan üçün ciddi geosiyasi problem yarada bilər. Çünki Afina illərdir məhz Liviyanın şərqindəki parlamentin sənədi təsdiqləməməsini memorandumun legitimliyinə qarşı əsas arqumentlərindən biri kimi irəli sürür.

Haftar düşərgəsinin mövqeyinin dəyişməsi isə bu hesabı poza bilər. Əgər Liviyanın şərqindəki parlament də razılaşmaya dəstək versə, Ankara həm Tripoli, həm də ölkənin şərqindəki siyasi qüvvələrin dəstəyini əldə etmiş olacaq./Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Sentyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri