Türkiyəİran əlaqələri regional sabitliyin təməlidir Ərdoğan AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin paytaxtı Qahirədə iranlı həmkarı Məsud Pezeşkianla görüşüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, liderlər D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir araya gəliblər.
Tərəflər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Ərdoğan söyləyib ki, Türkiyə - İran əlaqələri regional sabitliyin təməlidir: “İki ölkənin 30 milyard dollarlıq qarşılıqlı ticarət həcmi hədəfinə çatması üçün imkanı var. Əlaqələri inkişaf etdirərək buna nail ola bilərik”.
Türkiyə lideri həmçinin vurğulayıb ki, ölkəsi sabitlik və təhlükəsizliyin hökm sürdüyü, terrordan tam təmizlənən, qaçqınların könüllü və ləyaqətli şəkildə geri qayıdacaqları Suriyanın tərəfdarıdır: “Suriyanın ərazi bütövlüyünün qorunması lazımdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 19 Dekabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















