Icma.az
close
up
RU
Türkiyəli ekspert İqdır Naxçıvan qaz kəmərini Türk dünyasında artan sinerji göstəricisi adlandırıb

Türkiyəli ekspert İqdır Naxçıvan qaz kəmərini Türk dünyasında artan sinerji göstəricisi adlandırıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İqdır-Naxçıvan qaz kəmərinin açılması həm də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin gündəliyində duran problemlərin mərhələlərlə həll olunduğu Türk dünyasında artan sinerji göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) rəhbəri Oğuzhan Akyener bildirib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının (NMR) enerji təhlükəsizliyinin təmin edilməsi təkcə Azərbaycan və ya Türkiyə üçün deyil, bütün Türk dünyası üçün əhəmiyyətli məsələdir. “Naxçıvan Muxtar Respublikasının əhalisi nisbətən az olsa da, o, inkişaf baxımından Azərbaycan və Türkiyə üçün mühüm əhəmiyyət kəsb edən strateji əhəmiyyətli regiondur”, -deyə TESPAM-ın rəhbəri vurğulayıb.

O, muxtariyyətin qaz təchizatında müəyyən dövrlərdə baş vermiş fasilələrin NMR-in enerji təchizatına da təsir etdiyini xatırladıb.

Akyener bununla bağlı Naxçıvanın Türkiyədən elektrik enerjisi ilə təmin olunması ilə bağlı razılaşmaları xatırladan Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə diqqət çəkib.

TESPAM-ın rəhbəri enerjini Türk dünyasında əlaqələrin inkişafı baxımından mühüm stimul adlandırıb və buna misal olaraq 2025-ci il martın 1-dən türkmən qazının Türkiyəyə tədarükünün başlanmasını göstərib.

“Ümidvaram ki, Türkiyə ilə Azərbaycan arasında enerji sektorunda sıx əməkdaşlıq TDT-ə üzv olan bütün ölkələri əhatə edəcək. Mən Xəzərin şərqindən Azərbaycan sahillərinə və daha sonra Zəngəzur dəhlizi ilə Naxçıvana və Türkiyəyə yeni boru kəmərlərinin çəkiləcəyini istisna etmirəm”, -deyə Akyener əlavə edib.

O qeyd edib ki, bu gün təkcə Türkmənistan ildə 65 milyard kubmetr mavi yanacaq ixrac etmək potensialına malikdir. Ekspert Trans-Xəzər qaz kəmərinin tikintisinə və enerji infrastrukturuna digər sərmayələrin qoyulacağı təqdirdə Türkiyəyə qazın təkcə Türkmənistandan deyil, Özbəkistan və Qazaxıstandan da tədarük oluna biləcəyini qeyd edib. “Bütün bunlar həm Türkiyə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm amil olacaq”, -deyə Akyener bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Mart 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri