Türkiyəli ekspert: İrəvan Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması yolunda maneələri aradan qaldırmalıdır AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ankara, 8 dekabr, AZƏRTAC
“Ermənistan hələ də Konstitusiyanın dəyişdirilməsi istiqamətində addımlar atmaq fikrindən uzaqdır. Bu da Azərbaycanla sülh, Türkiyə ilə münasibətlərin normallaşması yolunda ciddi maneədir”.
AZƏRTAC xəbər verir ki, bu qiymətləndirməni Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın sülhə hazır olduğuna nə qədər əmin etsə də, Ankara və Bakının ədalətli narahatlığının aradan qaldırılmasına yönəlmiş konkret addımlar atılmalıdır.
AVİM eksperti vurğulayıb ki, Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi heç də sülh prosesini ləngitmək məqsədi daşımır - Azərbaycanın mövqeyi Ermənistandan keçmişdə gələn təhdidlərin təkrarlanmasının qarşısını almaq istəyinə əsaslanır.
O qeyd edib ki, Azərbaycanla tezliklə sülhə nail olmaq üçün İrəvan nəinki Konstitusiyaya yenidən baxmalı, həm də Bakıya qarşı hər hansı beynəlxalq iddialardan imtina etməli, həmçinin müşahidəçiləri Azərbaycan sərhədlərindən uzaqlaşdırmalıdır.
“Paşinyanın sülhə hazır olması ilə bağlı açıqlamaları şübhəsiz ki, müsbət siqnaldır, lakin bu, kifayət deyil”, – deyə Selenay Erva Yalçın əlavə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 08 Dekabr 2024 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















