Icma.az
close
up
RU
Türkiyəli məşqçi ikinci dəfə Rumıniya klubundan ayrıldı

Türkiyəli məşqçi ikinci dəfə Rumıniya klubundan ayrıldı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rumıniya təmsilçisi ''Petrolul''da Mehmet Topal dönəmi ikinci dəfə başa çatdı. Amma bu dəfə tərəflər birdəfəlik yolları ayırdılar.

Məşqçi karyerasına ötən il start verən Mehmet Topal dərhal özünü xaricdə sınamaq qərarına gəlmiş və Rumıniyaya yollanmışdı. ''Petrolul''un ciddi maddi problemlər yaşamasına baxmayaraq türkiyəli məşqçi yaxşı nəticələr qazanmağı bacarmışdı. Amma dekabrda o, rəhbərliklə fikir ayrılığı yaşayaraq gözlənilmədən istefa vermişdi. Onu Adrian Mutu əvəzləmişdi. Amma bizim futbolsevərlərə də ''Neftçi''dən gözəl tanış olan Mutu cəmi 2,5 ay sonra uğursuz nəticələr üzündən istefaya göndərilmişdi. Fanatların böyük israrı və tələbi üzündən rəhbərlik yenidən Mehmet Topala ağız açmalı olmuşdu. Bu məşqçi mövsümün sonuna qədər yenidən bu klubda işləməyə razılıq verərək Rumıniyaya qayıtmışdı. Amma təəssüf ki, avrokuboklara vəsiqə qazanmaq mümkün olmadı. Hərçənd buna görə birbaşa Topalı günahlandırmaq düzgün olmaz. Çünki klubda aylarla maaşlar və bonuslar ödənilmirdi. 39 yaşlı çalışdırıcının klubla birillik şərti müqaviləsi də var idi. Amma Mehmet Topal ayrılmağa üstünlük verdi.
O öz səhifəsində yerləşdirdiyi vida paylaşımında bunları qeyd edib:

''Həyatımda hər zaman özəl olaraq xatırlayacağım bir ili geridə qoydum. ''Petrolul''da yaşadıqlarımı heç vaxt unutmayacam. Həm meydanda, həm də ondan kənarda yaşadığım hər an, qurduğum dostluqlar, qazandığım təcrübə mənim üçün çox dəyərlidi. Bu klub böyük və sadiq bir azarkeş qazandı. Hər zaman ''Petrolul''u dəstəkləməkdə davam edəcəm. Klubun bütün işçilərinə, futbolçularıma, fanatlara, köməkçilərimə və mənə qucaq açan Rumıniya xalqına təşəkkür edirəm. Artıq yeni hekayələr yazmaq zamanıdı. Ancaq ''Petrolul'' hər zaman qəlbimdə qalacaq''.


Qeyd edək ki, Ployeşti şəhərinin təmsilçisi mövsümü 9-cu pillədə tamamladı və Mehmet Topalın başçılığı altında keçirdiyi 32 rəsmi oyundan 11 qələbə, 13 heç-heçə, 8 məğlubiyyətlə ayrılmış oldu.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:372
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 May 2025 05:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri