Türkiyəli müğənni 10 il həbs oluna bilər
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Türkiyənin məşhur müğənnisi Yusuf Güney hakim qarşısına çıxıb.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi narkotik və psixotrop maddələrin istifadəsini təşviq etməkdə ittiham olunur.
İstanbul Məhkəməsində keçirilən prosesdə müğənni özünü müdafiə edərək cinayət törətmək niyyətinin olmadığını bildirib.
"Peruda tanış olduğum bir bitkidən danışmağım başımı bəlaya saldı. Mənə qarşı irəli sürülən ittihamlarda göstərilən cinayətləri törətmək niyyətim olmayıb", - sənətçi bildirib.
Məhkəmə isə müğənni barəsində məhkəmə nəzarəti tədbirinin qüvvədə saxlanılmasına qərar verib. İş yekun rəyin hazırlanması üçün prokurorluğa göndərilib. Sənətçinin 10 ilədək azadlıqdan məhrum edilməsi tələb olunub.
Qeyd edək ki, Yusuf Güney rəqəmsal platformalardan birində yayımlanan verilişdə "ayahuasca" çayı haqqında danışdıqdan sonra barəsində araşdırma başlanılıb. Aparılan yoxlamalar zamanı həmin içkinin tərkibindəki DMT maddəsinin Türkiyədə 2313 saylı qanuna əsasən qadağan olunmuş maddələr sırasında yer aldığı müəyyən edilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 19 Noyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















