Türkiyəli nazir: Ailə siyasəti sahəsində ortaq təşəbbüslər türk dövlətlərini daha da yaxınlaşdırır
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan dövlətinə yüksək səviyyəli ev sahibliyinə görə dərin təşəkkürümü bildirir və təşkil olunmuş tədbiri mükəmməl bir təşkilatçılıq nümunəsi kimi dəyərləndirirəm. Keçən il İstanbulda bu platformanı yaratmışdıq, bu gün isə Azərbaycan kimi dost və qardaş ölkədə bir araya gəlməkdən məmnunluq duyuruq. Türk Dövlətləri Təşkilatı çərçivəsində, xüsusilə sosial siyasətlər və ailə mərkəzli yanaşmaların ön plana çıxarılması məqsədilə nazirlər səviyyəsində aparılan bu əməkdaşlıq son dərəcə əhəmiyyətlidir.
Bu fikirləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bildirib.
Nazir builki toplantının əsas mövzusunun qadının gücləndirilməsi olduğunu vurğulayaraq, onun əhəmiyyətinə toxunub: “Görüş çərçivəsində qadınların cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadına qarşı zorakılığın qarşısının alınması, qadınların iqtisadi, sosial və mədəni həyatda daha fəal iştirakı istiqamətində görülən işlər müzakirə olunur. Hər bir ölkə bu sahədəki təcrübəsini paylaşır. Eyni zamanda, gələcəkdə ortaq şəkildə hansı təşəbbüsləri həyata keçirə biləcəyimiz sualına da birlikdə cavab axtarırıq”.
Nazir tədbir çərçivəsində iki vacib yan görüşün təşkil olunduğunu da qeyd edərək, bu görüşlərin həm təcrübə mübadiləsi, həm də siyasətlərin koordinasiyası baxımından səmərəli keçdiyini vurğulayıb. O əlavə edib ki, görüş nəticəsində ortaq bəyannamə qəbul olunub və bu sənəd gələcək əməkdaşlıqlar üçün hüquqi və siyasi baza rolunu oynayacaq: “Qarşıdakı üç ay ərzində bu gün qəbul etdiyimiz qərarların icrasına başlayacağıq. Ümid edirik ki, gələcəkdə keçiriləcək üçüncü görüşdə daha strateji qərarlar qəbul olunacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 12 İyun 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















