Türkiyəli nazir: “Bərpa olunan enerjidən istifadə və nüvə enerjisi sahəsində investisiya çalışmalarımızı tam sürətlə həyata keçiririk”
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin enerji və səbii sərvətlər naziri Alparslan Bayraktar enerji sahəsində aparıcı şəxslərin bir araya gəldiyi CERAWeek 2025-də Türkiyənin enerji vizyonunu açıqlayıb.
Xalqcəbhəsi.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, nazir açıqlamasında vurğulayıb ki, ABŞ-nin Hyuston şəhərində keçirilən CERAWeek2025-də ölkəmizin enerji baxışı və strategiyasını paylaşdıq: “Enerji təhlükəsizliyinin ən mühüm siyasətlərimizdən biri olduğunu və vətəndaşlarımıza ən uyğun enerjini təqdim etmək istədiyimizi vurğuladıq. Bərpa olunan enerjidən istifadə və nüvə enerjisi sahəsində investisiya çalışmalarımızı tam sürətlə həyata keçirdiyimizi bildirdik. Türkiyə tarixinin ən böyük kəşfləri olan Qabar və Qara dəniz qaz yataqları ilə inkişaf etdirdiyimiz neft və qaz axtarışında yeni bir dövr açılır. Biz qeyri-ənənəvi neft və qaz hasilatına diqqət yetirməklə mümkün imkanları qiymətləndirməyi planlayırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 13 Mart 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















