Portuqaliyalı nazir: Azərbaycanın bərpa olunan enerji sahəsində əməkdaşlıq istəyindən məlumatlıyıq
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
COP29-un əsas məqsədi inkişaf etməkdə olan ölkələrə maliyyələşməni artırmaqdır.
Bunu APA-ya açıqlamasında Portuqaliyanın ətraf mühit və energetika naziri Maria da Qraça Karvalyo deyib.
“Avropa İttifaqı olaraq gözlənimiz maliyyələşmədə iştirak edən ölkələrin sayını artırmaqdır. Bu ölkələrin sayı və maliyyənin nə qədər olması bu iki həftə ərzində əsas müzakirə mövzusu olacaq”, - deyə nazir bildirib.
O, Azərbaycanın bərpa olunan enerji sahəsində Portuqaliya ilə əməkdaşlıq etmək istəyindən məlumatlı olduğunu vurğulayıb:
“Çünki biz bərpa olunan enerji sahəsində kifayət qədər inkişaf etmişik və təcrübəyə sahibik, Azərbaycan isə getdikcə daha çox bərpa olunan enerji mənbələrini təbliğ etmək istəyir. Azərbaycandakı səfirimiz ölkənizin bu sahədə nələrisə öyrənmək üçün əməkdaşlıq etmək istəyinizi çatdırıb və bizim niyyətimiz bərpa olunan enerji sahəsində bizimlə işləmək istəyən ölkələrlə birgə iş görməkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















