Türkiyəli nazir: meşə yanğınları ilə bağlı 25 şübhəli həbs edilib
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Türkiyə daxilində meşə yanğınları ilə bağlı açıqlama verib.
Xalqcəbhəsi.az “Haber Global”a istinadən bildirir ki, nazir açıqlamasında 1 may - 24 iyul 2025-ci il tarixləri arasında 34 vilayətdə baş vermiş 184 meşə yanğını ilə əlaqədar 25 şübhəlinin həbs edildiyini, 47 nəfər haqqında isə məhkəmə nəzarəti qərarı verildiyini qeyd edib.
Nazir həmçinin vurğulayıb ki, xüsusilə isti yay günlərində meşələri qorumaq üçün vətəndaşların daha diqqətli və tədbirli olması böyük əhəmiyyət daşıyır.

Türkiyəli nazir meşə yanğınları ilə bağlı xəbərdarlıq ETDİ
08 İyul 2025 23:32
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb, on nəfər həbs olunub
04 İyul 2025 23:06
Adıyamanda 25 yaşlı qadının şübhəli ölümü
24 Dekabr 2024 16:41
Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanıldı
11 Dekabr 2024 10:21

