Türkiyəli nazir müavini: Zəngəzur dəhlizi və BTQ bir birini tamamlayacaq
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Avqust ayında təməli qoyulmuş 224 kilometrlik Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizinin önəmli hissəsinə çevriləcək”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Osman Boyraz V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə çıxışında deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi və Bakı-Tbilisi- Qars dəmir yolu xətti bir-birinə alternativ olmayacaq, bir-birini tamamlayacaq.
Nazir müavini bildirib ki, Türkiyə Orta Dəhlizin potensialının tam reallaşdırılması üçün səylərini bundan sonra da davam etdirəcək.
Boyraz qeyd edib ki, Orta Dəhlizdə rəqəmsallaşdırılma və “bir pəncərə” sisteminin tətbiqi marşrutu daha cəzbedici edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















