Icma.az
close
up
RU
Türkiyəli nazirə sui qəsdin pərdəarxası

Türkiyəli nazirə sui qəsdin pərdəarxası

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Türkiyənin ədliyyə naziri Akın Gürlek və həyat yoldaşı Elif Gülşah Gürlekə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Nazirə və xanımına hücum göstərişinin xaricdən gəldiyi iddia olunur.

İstintaq çərçivəsində şübhəlilərin fərqli tarixlərdəki ünvanlarında aparılan axtarışlarda 2 sənədsiz silah, bu silahlara aid patronlar və 3 milyon 206 min TL ($68.236) nağd pulun ələ keçirildiyi açıqlanıb. Onların barəsində həbs qərarının verilməsi tələb edilib.

Nazirə qarşı sui-qəsdin arxasında kim var?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay deyib ki, Türkiyədə iqtisadi böhranın da təsiri ilə yeni cinayət növlərinin və dəstələrin meydana çıxdığı bir dövrdə cinayət və mütəşəkkil cinayətkarlığa qarşı Ədliyyə naziri Akın Gürlekin başladığı genişmiqyaslı mübarizə istər-istəməz diqqətləri onun üzərinə yönəldib:

“Böyük pulların dövr etdiyi qanunsuz mərc, qumar, narkotik kimi işlərlə məşğul olanlar qurduqları cinayət imperiyalarına qarşı mübarizə aparan ədliyyə naziri Akın Gürlekə qarşı hərəkətə keçdilər.

Nazirə birbaşa hədəfə almaqda uğur qazana bilməyəndə yaxınlarına qarşı bu və buna bənzər fəaliyyətlər həyata keçirərək Ədliyyə Nazirliyinin cinayət və cinayətkarlığa qarşı apardığı bu mübarizədən onu geri çəkilməyə məcbur buraxmaq, gözünü qorxutmaq məqsədi daşıyan hərəkətlərə əl atdıqları anlaşılır.

Akın Gürlek bu məsələdə heç bir güzəştə getmədən yeni nəsil cinayətkar dəstələrə, yeni nəsil cinayət təşkilatlarına, narkotik baronlarına və üstü açılmamış qətllərə qarşı möhtəşəm mübarizə apararaq adını tarixə yazdırmaq istəyir.

Bu məqamda ötən illərdə qətlə yetirilən Ülkü Ocaqlarının sabiq sədri Sinan Ateş işi üzərində də Ədliyyə Nazirliyinin işlədiyi, bu işdə sifarişçi, yönləndirici və qaranlıq qalmış bütün məqamları üzə çıxarmaq üçün böyük səy göstərdiyi bilindiyi üçün bundan sonrakı prosesdə nazirə qarşı bu və buna bənzər hərəkətlərin həyata keçirilməsi ehtimalı yüksəkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 İyul 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri