Icma.az
close
up
RU
Türkiyəli professor: Azərbaycan autizm diaqnostikası sahəsində bir çox uğurlar əldə edib VİDEO

Türkiyəli professor: Azərbaycan autizm diaqnostikası sahəsində bir çox uğurlar əldə edib VİDEO

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycanda autizm diaqnostikası üzrə peşəkar mütəxəssislər fəaliyyət göstərir və təlim-tədris sahəsində bir çox uğurlar əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri türkiyəli professor Elif Tekin İftar Bakıda keçirilən Beynəlxalq Autizm Konfransının açılış mərasimində deyib. O qeyd edib ki, konfransın əsas məqsədi yalnız diaqnostika ilə məhdudlaşmır: “Əsas diqqətimiz tədqiqatdan təcrübəyə keçidə, praktik biliklərin paylaşılmasına yönəlib. Tədbir çərçivəsində autizm sahəsində fəaliyyət göstərən mütəxəssislər öz tədris təcrübələrini və fikirlərini bölüşəcəklər.

Professor bildirib ki, konfransda həm şifahi təqdimatlar, həm də praktiki məşğələlər təşkil olunacaq. Bu isə iştirakçılara yalnız nəzəri deyil, həmdə tətbiq edilə bilən bilik və bacarıqlar qazandıracaq.

“Qürurla qeyd etmək istəyirəm ki, tədbirə İsveç, Norveç, İrlandiya və Türkiyədən də tanınmış mütəxəssislər qatılıb. Onların iştirakı beynəlxalq təcrübənin paylaşılmasına və yeni baxış bucaqlarının formalaşmasına töhfə verəcək. Autizm sahəsində fərqliliklərin daha dərindən anlaşılması və cəmiyyətin maarifləndirilməsi üçün bu kimi tədbirlərin keçirilməsi olduqca vacibdir. Biz birlikdə maarifləndirmə ilə yanaşı, empati və dəstək mədəniyyəti də yarada bilərik”, - deyə türkiyəli professor əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri