Icma.az
close
up
RU
Türkiyəli şəhidlərin Gəncədə son günü Video

Türkiyəli şəhidlərin Gəncədə son günü Video

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanda təyyarə qəzasında şəhid olan Türkiyə Hərbi Hava Qüvvələrinin baş çavuşu Emre Sayın və həmkarları Gəncədə olduqları müddətdə sakinlərlə səmimi söhbətlər edib, dostluq münasibətləri qurublar.

“Qafqazinfo” xəbər verir ki, sakinlər bu barədə “İctimai TV”yə danışıblar.

Sakinlərdən Vüqar Əliyev bildirib ki, Emre Sayın və həmkarları Gəncəni gəzib, övladları üçün hədiyyələr alıbmışlar: “Bizə dedi ki, Türkiyə Hərbi Hava Qüvvələrindən gəlmişik, buranın qonağıyıq. Biz isə ona buranın yox, elə bizim qonağımız olduqlarını dedik. Adam danışdıqca, həqiqətən, pis olur. Axşam saat 8-9 arası idi, görüşdük, söhbətləşdik. Sanki 10 ildir bir-birimizi tanıyırdıq. Maşınla Gəncəni gəzdik. Sonra onları Hacıkəndə, Topalhəsənliyə, Göygölə apardıq. Emre qardaşımız deyirdi ki, onun ikiaylıq körpəsi var. Üç övladı olduğunu söylədi. Bildirdi ki, ikiaylıq körpəsinə maraqlı hədiyyə almaq istəyir. Buradan çanta, Göygölün suvenirlərini, Azərbaycan Bayrağını, Gerbini aldı”.

Digər Gəncə sakini Elnur Bağırov isə qeyd edib ki, Emre Sayın ona Türkiyə Ordusu ilə bağlı hədiyyə verib: “Eşidəndə ki, belə hadisə baş verib, inana bilmədim. Söz tapa bilmirəm. Allah Emre qardaşımız, Cem Dolabçı qardaşımız olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir diləyirəm. Onların kədəri bizim kədərimizdir”.

Qeyd edək ki, noyabrın 11-i Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 20 hərbçi şəhid olub.

Ətraflı videomaterialda:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri