Türkiyəni gözəllik yarışında təmsil edəcək 26 yaşlı Ege kimdir? Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyanın prestijli yarışlarından olan "Mr. World"də Türkiyəni təmsil edəcək namizədin adı bəlii olub. Bu 26 yaşlı model Ege Karabenlidir. O noyabrın 23-də Vyetnamda kişilər arasında keçiriləcək gözəllik yarışmasında Türkiyə adından iştirak edəcək. Ege xarici görünüşü ilə sosial şəbəkə istifadəçilərinin olduqca böyük marağına səbəb olub. Bu da onun kimliyi ilə bağlı faktları yenidən gündəmə gətirib.
BAKU.WS 26 yaşlı model haqqında bəzi faktları təqdim edir:
Ege Karabenli 1998-ci ildə Kuşadasında anadan olub. Universitetlərdən birində Menecement və İdarəçilik üzrə Ali təhsil alıb. Onun karyerasında modellik xüsusi yer tutur. Lakin aktyorluq və basketbolla da məşğul olub.
Egenin tanınmasında daha çox məşhur brendlərə aid çəkildiyi reklamlar rol oynayıb. O modellik karyerasına 2018-ci ildə başlayıb.
Ege siması olduğu brendlərin çəkilişlərindən olan fotoları izləyiciləri bölüşür və rəğbətlə qarşılanır. Model həm də fitness məşqçisi kimi fəaliyyət göstərir.
Olduqca fit görünüşə sahib Ege paylaşdığı cəsarətli fotoları ilə də müzakirələrə səbəb olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 07 Noyabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















