Icma.az
close
up
RU
Türkiyəni silkələyən səs yazısı: Azərbaycanlıları o kənddən çıxarmaq üçün...

Türkiyəni silkələyən səs yazısı: Azərbaycanlıları o kənddən çıxarmaq üçün...

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“X” sosial şəkəbəsinin Türkiyə seqmentində yayılan səs yazısı ölkə gündəmində ciddi müzakirələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, platformanın “söhbət otağı” adlandırılan istifadəçilərin səsli şəkildə gündəmi müzakirə etdiyi bir qrupda azərbaycanlıların yaşadığı kəndlə bağlı deyilənlər birmənalı qarşılanmayıb.

Kürdlərdən ibarət qrupda “Kurd” istifadəçi adı ilə qoşulan Erhan adlı şəxs Qars vilayətinin Diqor adlı bölgəsində azərbaycanlıların yaşadığı kənddən onları çıxarmaq üçün bəzi yollara əl atdıqlarını söyləyib.

“Diqorda 40-a yaxın kənd vardı, onlardan birində azərbaycanlılar yaşayırdılar. Biz də dedik ki, bunların arasında azərbaycanlıların kəndi olmamalıdır. Onların su mənbəyinə təzək tökdük, çıxıb getdilər. Onları sürgün etdik, ərazilərini ödənişsiz şəkildə aldıq”, – həmin şəxs qeyd edib.

Onun sözlərinə görə, kənd tam Ermənistanla sərhəddə yerləşir.

Sözügedən səs yazısı “X”da sürətlə paylaşılıb. Çox sayda şəxs paylaşımlara münasibət bildirib.  Rəylərin əksəriyyətində bu vəziyyətin 30-ildən çox davam etdiyi qeyd olunur. Bəziləri Türkiyənin şərq bölgəsindəki türk kəndlərində vəziyyətin uzun illərdir gərgin olduğunu, azərbaycanlılar da daxil bir çox türklərin kürdlər tərəfindən təhdid edildiyini, bir sıra xoşagəlməz addımlarla üzləşdiyini bildiriblər. Yazanlar arasında həmin ərazidə yaşadığı və sırf bu məsələlərə görə ailəsi ilə birlikdə digər bölgələrə köçdüklərini bildirənlər də var. Bir qisim sözügedən şəxsin iddialarının doğru olmadığını desə də, çoxları şərq bölgəsindən türklərin çoxunun bu səbəbdən digər vilayətlərə köç etdiyini, kürdlərin onlardan qalan əraziləri ələ keçirdiyini və oralarda illərdir çoxaldığını yazır.

Qeyd edək ki, Diqorda ümumilikdə 19 min 872 nəfərin yaşadığı, onlardan 7 min 473-nün bölgənin mərkəzində, qalanlarının isə kəndlərdə məskunlaşdığı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Aprel 2025 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri