Icma.az
close
up
RU
Türkiyəni Yaxın Şərqdən uzaq tutmaq üçün ölkə daxilində müxtəlif hadisələr törədərək mesaj verirlər

Türkiyəni Yaxın Şərqdən uzaq tutmaq üçün ölkə daxilində müxtəlif hadisələr törədərək mesaj verirlər

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl Ankarda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı - TUSAŞ-da terror hadisəsi törədildi. Hücum zamanı uzun lüləli silahlar və əldəqayırma partlayıcı qurğulardan istifadə etməklə iki partlayışla həyata keçirilib. Daxili İşlər Nazirliyi genişmiqyaslı araşdırmalara başlayıb və şəxsi heyət təhlükəsizlik məqsədilə sığınacaqlara yerləşdirilib. TUSAŞ Türkiyənin müdafiə və aerokosmik istehsalında ixtisaslaşmış əhəmiyyətli şirkətlərindən biridir. Hadisə İstanbulda müdafiə və aerokosmik sənayelər üçün böyük ticarət sərgisi keçirilərkən baş verib. Hücumda iki terrorçu və onların içində olduqları taksi sürücüsü də daxil olmaqla cəmi 7 nəfər həyatını itirib, biri ağır olmaqla 22 nəfər yaralanıb. Hücumdan iki gün sonra, 25 oktyabr 2024-cü ildə PKK hücuma görə məsuliyyəti üzərinə götürdü. Türkiyə hökumətinin məlumatına görə, hücumu törədənlər Türkiyə, Avropa Birliyi və ABŞ tərəfindən terror təşkilatı kimi təsnif edilən PKK üzvləridir. Türkiyə terror hadisələrinin daha çox baş verdiyi ölkələrdəndir. Nədir buna səbəb? Bu terror hadisəsinin pərdəaraxası nədir?

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyədə baş verən terror aktı Türkiyənin BRICS və Şanxay kimi qurumlarla ölkənin maraqlarına uyğun əlaqələr qurmasına mane olmaq cəhdidir: “Bildiyiniz kimi, Türkiyə NATO-nun üzvüdür və 1959-cu ildən Avropa Birliyinə tamhüquqlu üzv olmaq istəyir. Lakin qərb ölkələri NATO-nun üzvü olsalar da, Türkiyənin düşməni olan terror qruplaşmalarını silahlandırır və dəstəkləyirlər. 65 ildir ki, Türkiyəni Avropa Birliyinə qəbul etmirlər. Belə ki, Türkiyə müstəqil, böyük və qüdrətli bir ölkə olaraq özünə fayda verəcək işlər görmək istəyir. Bu, Türkiyənin ən təbii haqqıdır”.

Kərəm Qarabulud

Kərəm Qarabulud bildirib ki, imperialist və ya müstəmləkəçilik ideyası olan ölkələr dünyanın bir çox ölkəsində olduğu kimi Türkiyənin də icazə verdiyi qədər hərəkət etməsini istəyir.

“Bu, Türkiyənin keçmişinə, bu gününə və gələcəyinə uyğun bir münasibət deyil. Bundan əlavə, Türkiyənin Yaxın Şərqdəki proseslərə müdaxilə etməməsi üçün mesaj verilməsi istənilir. Ancaq nə olursa olsun, 50 ilə yaxındır terrorla mübarizə aparan Türkiyə bu cür davranışlara öyrəşib və hər cür bəlanın qarşısını alacaq gücə malikdir. Hər bir dövlət bilməlidir ki, terrorla əməkdaşlıq edən dövlətlərin sonu terrorla məhv olacaq”-deyə Kərəm Qarabulud qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Noyabr 2024 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri