Türkiyənin 43 əyalətində terrorçuluqda şübhəli bilinən 240 nəfər saxlanılıb AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Ankara, 22 yanvar, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 240 nəfərin saxlanıldığı barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, DİN rəhbərinin sosial şəbəkələrdə paylaşılan məlumatında qeyd olunur ki, əməliyyatlar ölkənin 43 əyalətində aparılıb.
Saxlanılanlar terror təşkilatlarının maliyyələşdirilməsində və təbliğində, həmçinin bir sıra cinayət əməllərində iştirak etməkdə şübhəli bilinirlər. Axtarış zamanı qeydiyyatsız silah və qadağan olunmuş ədəbiyyat aşkar edilib.
“Türkiyə gündəmindən terrrorçuluq problemini tam aradan qaldırmaq üçün lazım olan bütün tədbirləri görürük” – deyə Yerliyaya bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 22 Yanvar 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















