Türkiyənin 60dan çox deputatı Azərbaycana GƏLİR
Türkiyə Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfərə gəlir.
Modern.az xəbər verir ki, bu barədə "Report”a TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.
Onlar sabah Milli Məclisin 106 illiyi ilə bağlı "Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında iştirak edəcəklər.
Daha sonra türkiyəli deputatlar Qarabağa – Şuşa və Xankəndiyə səfər edəcəklər.
Baxış sayı:15
Mənbə:https://modern.az