Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Türkiyənin “ayaq səsləri” Yunanıstanı xofa salıb: Ərdoğan isə Avropa Birliyinin xilaskarına çevrilir

Türkiyənin “ayaq səsləri” Yunanıstanı xofa salıb: Ərdoğan isə Avropa Birliyinin xilaskarına çevrilir

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Avropa məkanının gələcək təhlükəsizlik sistemi, yalnız regional deyil, həm də qlobal təsir gücünü artmaqda davam edən Türkiyədən birbaşa asılı vəziyyətə düşməyə başlayıb... “Qoca qitə” ölkələri, onilliklər boyu Qərbin qərəzi ucbatından Avropa Birliyinə yolu kəsilən Türkiyənin hərbi-siyasi dəstəyinə möhtac qalıblar...

Avropa Birliyi məkanında gələcəyə yönəlik narahat mərhələ yaşanır. Halbuki, “qoca qitə” ölkələri onilliklər boyu rahat və təhlükəsiz mövcudluq şərtlərinə olduqca vərdişlidirlər. Son vaxtlara qədər Avropa Birliyi ABŞ və NATO-ya güvənərək, hətta dünyanın idarə olunmasında da həlledici siyasi iradə sahibi hesab olunurdu. Əslində, elə indi də Avropa ölkələri ABŞ-la şərik şəkildə bəşəriyyətin taleyini hələ də həll etdiklərinə inanırlar. Və sadəcə, son vaxtlar buna əminlikləri ciddi şəkildə sarsılıb, qlobal məkanda mövqelərini itirə biləcəklərindən narahatdırlar.

Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyinin hazırda düşdüyü durumun əsas ssenari müəllifi məhz ABŞ hesab olunur. Çünki Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra Ağ Ev Avropa Birliyinin daha ABŞ-a böyük ümidlər bəsləməsinin yersiz olduğunu birmənalı şəkildə bəyan etdi. Ardınca Tramp administrasiyası “qoca qitə” ölkələrinə özlərini xarici hərbi təhlükədən qorumaq üçün müdafiə xərclərini artırmağı məsləhət gördü. Və ABŞ-ın bundan sonra Avropa dövlətlərinin təhlükəsizliyinə öz büdcəsindən maliyyə vəsaiti xərcləməyəcəyini vurğuladı.

Digər tərəfdən, Ağ Evin Avropa Birliyinə qarşı sərt ittihamlarına paralel olaraq, Tramp administrasiyasının Ukrayna savaşının dayandırılması ilə bağlı Rusiya ilə anlaşma cəhdləri də “qoca qitə”də panik durum yaratdı. Çünki Kremlin Rusiyaya sərfəli şərtlərlə Ukrayna savaşından çıxmasının real təhlükə qaynağına çevriləcəyi Avropa məkanında ciddiyə alınır. Yəni, “qoca qitə”də Rusiyanın tezliklə yenidən güclənərək, Avropaya hücum edə biləcəyi ilə bağlı qənaətlər hazırda ön plandadır. Avropa Birliyinin ABŞ və NATO-ya bağlı təhlükəsilik sistemi isə iflas mərhələsinə sürətlə yaxınlaşır. Və ona görə də, dərhal yeni təhlükəsizlik sistemi indi həyati əhəmiyyət daşıyır.

Maraqlıdır ki, ABŞ və NATO-nun “təhlükəsizlik çətiri”ni itirmək üzrə olan Avropa Birliyi buna adekvat planlar hazırlamağa çalışır. Artıq hərbi texnika idxalı üçün 800 milyard məbləğində maliyyə vəsaiti ayrılıb. Ancaq bu ilkin məbləğin ayrılması Avropa Birliyi daxilində ziddiyyətləri daha da dərinləşdirib. Belə ki, rəsmi Paris bu məbləğin Fransa istehsalı olan silahların alınması üçün xərclənməsində israr edir. Bəzi “qoca qitə” dövlətləri isə Fransa silahlarının yetərincə effektiv olmadığını və Türkiyə kimi ölkələrin də bu prosesdə iştirakının  vacib olduğunu qabardırlar. Ağ Ev isə Avropa Birliyindən yalnız bahalı ABŞ silahlarının alınmasını tələb edir. Və əks halda, ticarət rüsumlarını daha da artırmaqla hədələyir.

Bütün bunlara baxmayaraq, Avropa Birliyi yeni təhıükəsizlik strategiyasının hazırlanması prosesini sürətləndirməyə çalışır. Avropa lideri bu məqsədlə indiyə qədər Paris, London, Brüssel və hətta Türkiyədə ardıcıl məsləhətləşmələr keçiriblər. Brüsseldə hesab edirlər ki, Türkiyə Avropanın yeni təhlükəsizlik sistemində xüsusi önəm daşıyan ölkəyə çevrilə bilər. Çünki Türkiyə NATO-da ikinci ən güclü orduya malik dövlətdir. Rəsmi Ankara Rusiya və Ukrayna ilə çox yaxın münasibətlərə malikdir. Eyni zamanda, Türkiyə Avropa Birliyi üçün strateji əhəmiyyət daşıyan Qara dənizdə təhlükəsizlik təminatı verə biləcək yeganə hərbi-siyasi güc mərkəzidir.

Ona görə də, Avropa Komissiyasındakı mənbələr Avropa Birliyinə üzvlüyə namizəd olan Türkiyənin “qoca qitə”nin müdafiə proqramlarına qatılmasını vacib hesab edirlər. Onların fikrincə, indiki hüquqi baza Türkiyənin müdafiə proqramlarında 35 faizlik həcmdə iştirak etməsinə imkan verir. Bundan artığına ehtiyac yaranarsa, əlavə müqavilənin bağlanması qaçılmazdır. Və bu, o deməkdir ki, Türkiyənin Avropanın yeni təhlükəsizlik sistemində birbaşa yer alması üçün geniş imkanlar mövcuddur.

Ancaq bu imkanları məhdudlaşdıra biləcək müəyyən əngəllər də olmamış deyil. Belə ki, Avropa Birliyində təmsil olunan Yunanıstan və Cənubi Kipr Türkiyənin yeni təhlükəsizlik sisteminə daxil edilməsinə müqavimət göstərirlər. Bu iki yunan dövləti Türkiyə ilə münasibətlərinin kəskin olmasını əsas arqument kimi qabardırlar. Halbuki , hazırda yalnız bu iki yunan dövlətinin deyil, ümumiyyətlə, Avropa məkanının təhlükəsizliyinin təmin olunması taleyüklü problemə çevrilib. Və Türkiyəyə qarşı yunan qərəzi indi Avropa Birliyinin müdafiə proqramlarını iflas ehtimalı ilə üzləşdirməyə başlayıb.

Ona görə də, Avropa Birliyi daxilində Türkiyə ilə bağlı məsələ müəyyən ziddiyyətlərə yol açmaqdadır. Bu quruma üzv olan bəzi Şərqi Avropa dövlətləri, xüsusilə də, Polşa və Baltikyanı ölkələr Türkiyə istehsalı olan hərbi texnikanı idxal etmək niyyətlərini qətiyyən gizlətmirlər. Çünki Türkiyə hərbi texnikası həm qiymət baxımından əlçatandır, həm də döyüş meydanında effektivliyi artıq sübuta yetirilib. Buna baxmayaraq, qərəzli yunan cütlüyü Türkiyənin müdafiə proqramlarında 35 faizlik iştirak limiti keçiləcəyi təqdirdə, imzalanması nəzərdə tutulan müqaviləyə veto qoyacağını bildirib.

Göründüyü kimi, Türkiyənin yalnız regional deyil, həm də qlobal nüfuzu, təsir gücü artmaqda davam edir. İndi hətta Avropa məkanının gələcək təhlükəsizlik sistemi məhz böyük ölçüdə Türkiyədən asılıdır. “Qoca qitə” ölkələri yaxın illərdə hərbi və müdafiə sahəsində Türkiyənin üstünlüyünə çata bilməyəcəyindən, rəsmi Ankaranın dəstəyinə möhtacdır. Onilliklər boyu Qərbin qərəzi ucbatından Avropa Birliyinə yolu kəsilən Türkiyənin ayaq səsləri indi “qoca qitə”də daha yüksəkdən eşidilir. Və Türkün bu addım səsləri indi Avropa məkanının xilas şansı deməkdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Aprel 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see181

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see134

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see130

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri