Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Kamondo ailəsi Türkan Turan yazır

Kamondo ailəsi Türkan Turan yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkan TURAN

Bir nəslin çöküşü

Son günlər bütün diqqətim, marağım Pera məhəlləsindədir. Demək olar, asudə vaxtlarımı bu ərazidə keçirirəm. İstanbulun sərvətdən, var-dövlətdən  dəyərli yerlərinin həm də buralar olduğu qənaətindəyəm. Hələ binaları demirəm, fasadlarındakı naxışlar nəyə desən, dəyər. Açığı, bu dəfə planlaşdırılmış şəkildə yola çıxdım, yəni "yaxınlıqdan keçirdim, dedim bura da baş çəkim" məsələsi olmadı. Bizimkilərdən biri dedi ki, "Adahan DeCamondo Pera" adlı tarixi binada sərgi açılıb. "Gedək" dedim. Bir az qəribə səslənə bilər, amma etiraf edim ki, sərgi ilə bağlı bir cümlə də yaza bilməyəcəyəm. Çünki sərgi hansı sənətçiyə aid idi, necə idi, təşkilində məqsəd nə idi, sənətçi qadın idi, yoxsa kişi, bunlarla bağlı heç bir məlumatım yoxdur. Çünki addım atdığım andan binanın sehrinə elə qapıldım ki, məramımı unutdum.

Sən demə, ağlı başdan alan bu yer XIX əsrdə İstanbulun Avropa üzü sayılan Bəyoğlunun ruhunu daşıyan, Peranın danışan divarları sayılan Kamondo oteli imiş. Binanın inşası 1870-1874-cü illəri əhatə edir. Abidəni Osmanlı imperiyasının nüfuzlu bankir nəsillərindən sayılan Kamondo ailəsi özlərinə "şəhər köşkü" adı altında tikdirib. O dövrdə Pera səfirliklərin, konsulluqların, Levanten tacirlərin, varlı bankir ailələrin yaşadığı, Paris üslubunda bulvarları və Avropa tipli daş binaları ilə İstanbulun "Qərb" hissəsi sayılırdı. Kamondoların da bu ərazidə özlərinə malikanə tikmək üçün yer seçmələri həm ailənin statusunu, həm də Avropa ilə sıx bağlılıqlarını göstərirdi.

Nadir memarlıq

Bina memarlıq baxımından klassik Pera malikanəsi tipinə uyğun formalaşdırılıb. Küçəyə baxan fasadda nizamlı şəkildə düzülmüş iri pəncərələr, hündür tavanlı salonlara işıq salan geniş şüşələr, zərif daş işləmələr, qalın daş divarlarla birləşən taxta döşəmələr binaya həm möhkəmlik, həm də sadəlik verir. Müasir təsvirlərdə vurğulandığı kimi, interyerdə hündür tavanlar, daş səthlər və ağac işləmələr qorunub saxlanılıb. Demək olar, bu günün özündə də otelin otaqlarını gəzərkən XIX əsrin şəhər malikanəsinin atmosferini hiss etmək olur. Otelin quruluşu tipik Pera yamac memarlığına uyğundur: küçə səviyyəsində kafe, dükan və restoran funksiyaları, üst mərtəbələrdə qəbul üçün salon, kiçik idman zalı, daha yuxarılarda isə otaqlar və suitlər yerləşir, ən üst mərtəbədə də Bosfor və Galata mənzərəsinə açılan damüstü restoran və bar mövcuddur.

Ev deməyə min şahid lazımdır

Bina tarixi boyu bina təkcə ev kimi qalmayıb, Pera bölgəsinin dəyişən taleyi ilə birlikdə bu tikili də, necə deyərlər, "çox badirələr atlatıb". Kamondo ailəsinin İstanbuldan tədricən Parisə köçməsi, Osmanlıdan Cümhuriyyət dövrünə keçid, Bəyoğlunun bəzən parlayıb, bəzən də baxımsızlığa məruz qalması bu binadan da yan keçmir. Bir dönəm abidəyə qarşı laqeydli hökm sürür, illər ərzində istifadə forması dəyişir. Nəhayət, bəxt üzünə gülür və son illərdə bu tarixi məkan iddialı layihə ilə yenidən ayağa qaldırılır. Əvvəlcə "Adahan İstanbul" adı ilə butik-otel kimi fəaliyyətə başlayır, daha sonra DeCamondo brendi altında yenidən qurularaq beynəlxalq otel zənciri olan "Marriott"un "Autograph Collection" portfelinə daxil edilir, indi isə "Adahan DeCamondo Pera, Autograph Collection" adı ilə xidmət göstərir. Artıq bina həm turistik, həm mədəni, həm də simvolik ünvan sayılır. Təəssüf ki, binanın memarının kim olduğu dəqiq bilinmir. Amma adından da göründüyü kimi, tikilməsini istəyən Abraham Salomon Kamondodur.

İlk bina, ilk ev, ilk ofis...

Peradakı bu möhtəşəm abidə Kamondo ailəsinin tikdirdiyi ilk bina deyil. Hələ İstanbula gəlişlərinin ilk illərində Qalatada, Sərdarı Əkrəm küçəsində 1861-1868-ci illərdə bina inşa etdiriblər. Təbii ki, Kamondo ailəsinin burada bina tikdirməsi təsadüf deyildi. Qalata limanının sıx ticarət və bank ərazilərində olduğunu nəzərə alaraq özlərinə yaşayış və iş məkanları yaratmaq üçün bu tikilinin inşasına qərar vermişdilər. Bina sadəcə yaşayış məqsədilə deyil, eyni zamanda ailənin bank və ticarət fəaliyyəti ilə də sıx bağlı idi. Sonra elə olur ki, işlər böyüyür, buranı daha çox ofis kimi istifadə etməyə başlayırlar. Elə Peradakı malikanəni də buradan daha böyük yerə köçmək üçün inşa etdirirlər. Təqribən XIX əsrin axırlarında ailənin Fransaya köçü, siyasi-ekonomik dəyişikliklər nəticəsində binanın funksiyası yenidən formalaşır.

Neoklassika zərafəti

Binanın memarlıq üslubu neoklassik elementlərlə zənginləşdirilib. Abidənin fasadındakı neoklassik görkəm, simmetrik pəncərələr, üst qatlarda taxta saçaqlı balkonvari çıxıntılar, daş işləri və zarif bəzəklər xeyli diqqət çəkir. Məkanın daxili yüksək tavanlı salonları, geniş otaqları, böyük pəncərələri elə həm o dövrün, həm də bu dövrün malikanə ruhunu daşıyır. İçəridə müxtəlif dövrlərdə dəyişikliklər olsa da, binanın memarlığı əsas üslubunu qoruyub saxlayır. Hazırda bina tam olaraq nə oteldir, nə də şirkət. Bəzi mənzillər kirayə verilir, bəziləri isə ofisə çevrilib.

Nəvə sevgisinin tarixə çevrilməsi

Kamondo ailəsi dövrünün ən güclü bankir nəsillərindən biri kimi həm memarlıqda, həm şəhər quruluşunda, həm də sosial həyatda dərin iz qoyublar. Həmin izlərdən biri də məşhur Kamondo pilləkənləridir. Hekayənin qəhrəmanı isə bir adamdır: Abraham Salomon Kamondo. "Pulun ağası" sayılan bu adamın ən həssas nöqtəsi nəvələri idi. İlk illərdə ailə Qalata yamacında, yuxarıda bəhs etdiyim binada yaşayırmış, işləri isə aşağıda, Banklar küçəsində - yəni bu günün özündə də banklarla dolu olan o küçədəydi. Hər gün bu dik yamacı enib-çıxmaq həm ailənin böyükləri, həm də evdəki uşaqlar üçün işgəncə kimiymiş. Abraham Kamondonun bir neçə nəvəsi o dövrdə bugünkü Sankt Georg Avstriya Liseyində oxuyurmuş. Məktəbə gedib-gəlmək üçün evdən çıxıb əvvəl bu dik yolu enmələri, sonra Qalatanın içindən dolanıb yenidən yuxarı çıxmaları lazım gəlirmiş. Uşaqlar hər gün bu yolda tənginəfəs olurmuş. Abraham bu vəziyyətdən təngə gəlir, həm öz evləri ilə iş yerləri arasında, həm də nəvələrinin ev-məktəb yolu arasında daha qısa, daha rahat, daha təhlükəsiz keçid olacaq xüsusi pilləkan inşa etdirməyə qərar verir.

"Yıxılsalar da, burunları qanamasın"

Baba yaxşı bir memar tapır və memara sadə pilləkən istəmədiyini deyir, beynindəki fikri ona belə izah edir: "İki hissəli, ortası boşluq olan pilləkən istəyirəm, elə dizayn et ki, uşaq büdrəsə də, yumalanıb aşağıya qədər düşməsin, arada bəndlər kimi yerlər olsun ki, yıxılanda həmin bəndlər uşaqları tutsun". Baxan kimi başa düşürsən ki, sırf bu istəyə görə, pilləkən bu qədər əyri, dalğalı və iki qollu formaya sahibdir. Pilləkənlərin inşa edildiyi dönəmdə ora yalnız ailənin uşaqları üçün deyil, bütün məhəllə üçün önəmli keçid olur. Qalatada banklarda, ofislərdə çalışan Levantenlər, yəni Avropa köklü tacirlər və məmurlar, axşam Pera tərəfdəki evlərinə gedərkən buranı istifadə etməyə başlayırlar. Beləcə, sırf bir babanın nəvələrinə sevgisindən doğan bu konstruksiya, bir anda Qalata ilə Pera arasındakı ən praktik piyada xətlərindən birinə çevrilir. İllər ərzində  pilləkənlər təkcə Kamondo ailəsinin deyil, bütün şəhərin gündəlik həyatının parçası olur.

Üslubu da təsadüfi deyil. O dövrün modası olan neo-barok və erkən art nouveau tərzlərindən təsirlənmiş, sanki daşın içində dalğa kimi burulan, yuxarıdan baxanda "saat kimi işləyən" iki quyruqlu forma görsənir. Bu estetik xüsusiyyət ilk dəfə foto ustadları tərəfindən çəkildikdən sonra, bələdçi kitabçaları, romanlar, filmlər üçün vizual simvola çevrilir. İşin sentimental tərəfi isə odur ki, bu pilləkənlər haqqında çox vaxt "Aşiqlər pilləkəni" bəhs edirlər, amma hekayənin kökündə romantik cütlüklər deyil, nəvə həssasiyəti dayanır. Yəni bu əyri daşlar, əslində,  ailəvi jestin daşlaşmış vəziyyətidir.

Kamondo ailəsi bu gün haradadır?

Hekayənin ən ağrılı yeri də buradır. "Yıxılmasınlar, burunları qanamasın" deyilən o uşaqların heç birinin nəslinin davamı gəlmir. Kamondo ailəsinin nəsli II Dünya müharibəsində kəsilir. Bu gün "Kamondo ailəsi" adı tarix səhifələrində mövcuddur, amma bioloji olaraq varislər, yəni ailənin soyunu davam etdirən heç kim yoxdur. Kamondolar XIX əsrin sonlarında - Osmanlının siyasi həyatı qarışdığı üçün Avropaya qayıdırlar. Nasist işğalı zamanı Parisdə yaşayan Kamondo ailəsinin varisləri deportasiya edilir, Auşvits ölüm düşərgəsinə göndərilir və orada öldürülürlər. Ailənin bütün üzvləri sonuncu nümayəndəsinə qədər, uşaqlı-böyüklü məhv edilirlər.

Bu gün Kamondo adını yaşadan sadəcə daşlar və sənət əsərləridir. Kamondo ailəsindən qalan əşyalar Fransa dövlət muzeylərinə bağışlanıb və hazırda orada sərgilənir. Kamondonun Parisdəki evi hazırda ölkənin ən prestijli dekorativ sənət muzeylərindən biridir. İstanbuldakı mülkləri isə fərqli şəxslərə satılıb və paylanıb. Doğrudur, Kamondo ailəsi bu gün həyatda deyil, onların varisləri yoxdur, amma qurduqları binalar, pilləkənlər, əşyalar, sənət kolleksiyaları, tarixi mirasları dünya durduqca yaşayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Dekabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see497

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see303

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see245

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see242

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see236

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see235

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see227

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see218

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see212

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see199

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see193

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see192

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see188

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see185

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see185

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see176

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see176

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see174

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see169

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri