Icma.az
close
up
RU
Sülhün yaxınlaşan ayaq səsləri...

Sülhün yaxınlaşan ayaq səsləri...

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İmran BƏDİRXANLI,
[email protected]

Əgər desək ki, Cənubi Qafqaz indiki qədər heç vaxt sülhə yaxın olmayıb, oxucular bizi həddən artıq nikbinliyə meyillənməkdə qınamasınlar. Çünki Cənubi Qafqazın ən uzunömürlü münaqişəsinin finişə yaxınlaşdığını isbatlayan və dediyimizin inandırıcılıq əmsalını kifayət qədər yüksəldən bir neçə vacib amil var. Bu amillər otuz ildən artıq müddətdə bir-birinə uzaqdan avtomatın nişangahından baxan Azərbaycan və Ermənistanın qarşıdurmaya son nöqtəni qoymaq, əlsıxmaya qədər yaxınlaşmaq iradəsini şərtləndirir. İndi tərəflərdən biri sülhün hənirini hiss etdikcə, deyəsən, az sonra onun yaradacağı həyəcanı indidən yaşamaqdadır. Bəli, İrəvan tarixi anın yaxınlaşdığının fərqindədir və bu səbəbdən baş nazir Nikol Paşinyan son çıxışlarında həm daxili, həm də xarici gündəmdə bir dənə də olsun açılmayan kart qoymadı.

Doğrudur, hazırda iki ölkə arasında “nə sülh, nə müharibə” vəziyyəti davam edir. Sülhə aparan hamar yolun hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizindən keçəcəyi artıq heç kəsdə şübhə doğurmur. Beş il əvvəl bu, utopik yuxu kimi görünürdü, amma bu gün daşları yenidən bir yerə toplayan zamanın və Azərbaycanın yaratdığı reallığın tələbinə çevrilib.

Yuxarıda sülhü şərtləndirən vacib amilləri vurğuladıq. İkitərəfli münasibətləri normallaşma məcrasına yönəldən əsas amil kimi Ermənistan baş naziri Nikol Paşinyanın İstanbula tarixi səfərini və Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidəki görüşünü qeyd etməliyik. Bakının xeyli müddət bundan əvvəl irəli sürdüyü vasitəçisiz, ikitərəfli dialoq təklifinin, nəhayət, ən optimal seçim olduğunu anlayan İrəvan barışıq yolunu seçdi. Ermənistan və Azərbaycan liderləri açıq şəkildə bəyan etdilər ki, onların sülh moderatorlarına ehtiyacları yoxdur. Bu mesajın altından boylanan həqiqət isə onu deyir ki, bölgədə özəl maraqları olan kənar güclər, keçmiş metropoliyalar bu iki qonşu dövlətə asılı ərazilər – forpostlar kimi yanaşa bilməzlər. Bakı və İrəvan bunu tək onlara deyil, bütün dünyaya bəyan etdilər: “Biz kiminsə buyruğu ilə addım atmırıq, biz müstəqil dövlətlərik”. Bəli, qətiyyətli və birmənalı ismarıc ermənilərlə azərbaycanlıların barışmasını qəti arzulamayan yaxın və uzaq bədxahlarımızın boğazında sümük kimi ilişib qalıb.

Hesab edirik ki, ikinci vacib amil Nikol Paşinyanın son vaxtlar Türkiyə ilə təmaslara ciddi önəm verməyə başlaması fonunda, ilk növbədə Azərbaycanla münasibətləri normallaşdırmadan Cənubi Qafqazda sülh gündəmini dəyişə bilməyəcəyini anlamasıdır. Bakı İrəvana həmişə praqmatik təkliflər verib – kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də sülh sazişini imzalamaqdan ötrü beynəlxalq hüquqa söykənən şərtlərimizin yerinə yetirilməsi. Bu müstəvidə Azərbaycan həmişə məsələyə sağlam yanaşma nümayiş etdirib, praqmatizmi özünün prioriteti sayıb.

Rəsmi İrəvanın danışıqlar prosesində mövqeyinə müsbət təsir edən amillərdən biri də Prezident İlham Əliyevin Ermənistan baş naziri ilə açıq, düzgün və səmimi davranışıdır. Birbaşa, tet-a-tet danışıqlar aparmağın effektini anlayan rəsmi İrəvan tədricən alternativlərin tükəndiyinə də əmin oldu. Paşinyanın son görüşlərdə dövlətimizin başçısı ilə daha çox təmasda olmağa, münasibət qurmağa çalışmasını məhz bu aspektdən dəyərləndirməyimiz doğru olar. Məsələn, Tiranada Avropa Siyasi Birliyinin sammitində Nikol Paşinyan Azərbaycan liderini qəhvə içməyə dəvət edəndə biz bunun şahidi olduq. Həmin jestin özü İrəvanın artıq fərziyə və gümanlara deyil, sağlam düşüncəyə üz tutduğunun vizual göstəricisi idi. Sülh danışıqlarının ikitərəfli formatında irəliləyişin əldə olunması həm də onu təsdiqləyir ki, məhz Azərbaycan rəhbərliyi Ermənistan baş nazirinin yeni siyasi dialoq modeli ilə hərəkət etməsinə yardımçı oldu.

Amma tarix yalnız praqmatiklərin diktəsi ilə hərəkət etmir və ikitərəfli danışıqlarda tərəqqi o zaman başlayır ki, kimsə dünənki qeyri-mümkünün bu gün reallaşacağına inanmağa başlayır. Bunun üçün ondan axına qarşı üzmək tələb olunsa belə. Reallığın qəbulu və siyasi cəsarət ilk addımı atmağa vəsilə olur. Əgər Ermənistan və Azərbaycan öz aralarında sülhə nail olsalar və Ankara hayların beynində müvafiq olaraq İrəvanın qorxulu qonşusu deyil, müttəfiqinə çevrilsə, o zaman qeyri-mümkün görünən reallığa dönəcək. İndi İrəvan üçün əsas məsələ geri çəkilməmək və geri dönməməkdir. Bəli, Cənubi Qafqaz sülhün yarım addımlığındadır. Yəni sülhə heç vaxt olmadığı qədər yaxındır.

Bu optimizmi ABŞ Prezidenti Donald Tramp da bölüşür. O, Ermənistan və Azərbaycan arasında münaqişənin tezliklə uğurla tənizmlənəcəyini bəyan edib. Həm də bunu əminliklə dilə gətirib: “Və biz daha bir məsələni – Ermənistan–Azərbaycan münaqişəsini həll etdik: Deyəsən, başa çatmaq üzrədir. Uğurlu sonluqlar üçün”.

Haradan haraya?! Bunu Paşinyanın son yeddi ildə qət etdiyi hakimiyyət marafonunun yaddaqalan mərhələlərini gözümüz önündən keçirərək yazdıq. İkinci Qarabağ müharibəsinə qədər Şuşada içkili halda yallı gedən, “Qarabağ Ermənistandır və nöqtə” deyən, Cəbrayıla yol çəkməkdən dəm vuran, beş il sonra isə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edən Paşinyanın hökumət başçısı kimi keçdiyi yolun ziqzaqlarına heyrət etməmək mümkün deyil. İndi, o, sülhü yubatmağın özünün ziyanına olduğunu yaxşı başa düşür. Məhz bu halda onun gələn ilin parlament seçkisinə qədər Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamaq imkanı var. Əgər bu baş verərsə, ondan sonra bayramlar və seçkidə qələbə münasibətilə qarşılıqlı təbriklərin xüsusi əhəmiyyəti olacaq...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri