Icma.az
close
up
RU
Türkiyənin Azərbaycana təyin etdiyi yeni səfir kimdir? DOSYE

Türkiyənin Azərbaycana təyin etdiyi yeni səfir kimdir? DOSYE

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Prof. Dr. Birol Akgün beynəlxalq əlaqələr və siyasi elmlər sahəsində tanınmış akademik və təcrübəli idarəçidir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan onun təyinatını təsdiqləyib.

Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, 1968-ci ildə Manisanın Soma ilçəsində anadan olan Akgün ilk və orta təhsilini burada tamamlayıb.

1993-cü ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin dövlət idarəçiliyi ixtisasını bitirib. 1994-cü ildə Milli Təhsil Nazirliyinin tapşırığı ilə rəsmi təqaüdlə magistr təhsili almaq üçün ABŞ-a gedib. Orada Case Vestern Reserve Universitetində (Klivlend, Ohayo) siyasi elmlər üzrə magistr (1996) və PhD (2000) dərəcəsini alıb.

Türkiyəyə döndükdən sonra Selcuk Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq Əlaqələr Departamentində işləməyə başlayıb. 2001-ci ildə dosent, 2009-cu ildə isə professor elmi dərəcələrini qazanıb. Daha sonra Yıldırım Beyazıt Universiteti Siyasi elmlər fakültəsinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb. 

Prof. Dr. Birol Akgün 2016-cı ildən etibarən Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri olaraq, Türkiyənin beynəlxalq təhsil sahəsindəki fəaliyyətlərinə rəhbərlik edib. Bu vəzifədə dünyanın müxtəlif ölkələrində təhsil müəssisələrinin qurulması və idarə olunmasında mühüm rol oynayıb. 

Akgün siyasi sosiologiya, diaspora və miqrasiya siyasəti, inkişaf etməkdə olan ölkələr, qlobal miqrasiya və yüksələn güclər, beynəlxalq təşkilatlar və Türkiyə mövzularında çoxsaylı elmi nəşrlərin müəllifidir. 

Türkiyənin Azərbaycana yeni səfiri olaraq təyin edilən Prof. Dr. Birol Akgün, iki qardaş ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. Onun geniş akademik biliyi və idarəçilik təcrübəsi bu vəzifədə uğurlu olacağına işarə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Dekabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see145

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see136

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see131

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see129

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see126

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri