Icma.az
close
up
RU
Türkiyənin Azərbaycandakı sabiq səfiri: Şərlə dolu əllərinizi azərbaycanlı miqrantlardan çəkin

Türkiyənin Azərbaycandakı sabiq səfiri: Şərlə dolu əllərinizi azərbaycanlı miqrantlardan çəkin

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“27 iyun Yekaterinburqda insanlığa sığmayan bir hadisə baş verib. Rusiya hüquq-mühafizə orqanlarına məxsus qara geyimli silahlı bir dəstə Azərbaycan vətəndaşı Akif Səfərova məxsus kafeyə basqın edib. Onların ilk işi müşahidə kameralarını sökmək, daha sonra isə kafedə olan insanlara işgəncə vermək olub”.
Bu fikri Demokrat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyədə fəaliyyət göstərən “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təmsilçisi Hulusi deyib.
O əlavə edib ki, bu hadisəni qəbul etmək mümkün deyil:
“Bu, insanlıq əleyhinə cinayətdir. Ən adi hüquqların tapdanması, əsl vəhşilikdir. Susuz və müdafiəsiz insanlara işgəncə vermək, özbaşına davranmaq, video qeydləri silmək dövlət orqanlarına yaraşan hərəkətlər deyil. Bu, ancaq qanunsuz fəaliyyət göstərən bir cinayətkar dəstənin işi ola bilər. Hüquqi dövlətlərdə hər şey şəffaf və qanunlara uyğun şəkildə həyata keçirilir. Kimliklərini belə təqdim etməyən bu qara geyimli şəxslər insanlıq adına ağır bir cinayət törədiblər. Ziyəddin və Hüseyn Səfərov qardaşları qəddarlıqla qətlə yetirilib. Bu necə baş verə bilər? Bu qətliamı qəbul etmək mümkün deyil. Mən Hüseyn və Ziyəddin Səfərovların ailələrinə, eləcə də bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”. 
Sabiq səfir deyib ki, bu, hadisə ilə bağlı obyektiv, şəffaf və hərtərəfli istintaq aparılacaq:
“Baş verənlər tam araşdırılmalı, vurulan zərərlər ödənilməli, ailələrə təzminat verilməli və onlardan rəsmi üzr istənilməlidir. Bu, humanist bir yanaşmadır və hər kəsin haqqıdır bunu tələb etmək. Bu cür vəhşi davranışların bir daha təkrarlanmaması üçün ciddi tədbirlər görülməlidir. Bir daha bütün Azərbaycanlı miqrantlara keçmiş olsun deyirəm. Azərbaycan bilməlidir ki, Türkiyə hər zaman onun yanındadır. Atatürkün dediyi kimi: “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir.” Biz də bu kədəri sizinlə bölüşürük”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 İyun 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri