Türkiyənin bu vilayətində 161 otel bağlandı
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə hakimiyyəti Boludakı faciədən sonra Bursa vilayətindəki Uludağ məşhur xizək kurortu da daxil olmaqla 160-dan çox oteli bağlayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Bursa Mədəniyyət və Turizm İdarəsi vilayətin 17 rayonunda lisenziyası, biznes qeydiyyatı olmayan və ya çatışmazlıqları aşkar edilən 161 oteli möhürləyib. Möhürlənmiş obyektlər arasında Uludağ dağ-xizək kurortundakı 25 otel də var”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, yanvarın 21-də Türkiyənin Bolu vilayətindəki Qartalqaya dağ-xizək kurortunda baş verən dəhşətli yanğın nəticəsində 78 nəfər ölmüşdü.

Türkiyənin Bursa vilayətində zəlzələ
01 İyul 2025 13:06
Türkiyənin bu vilayətində güclü zəlzələ oldu
15 Noyabr 2024 15:03
Türkiyənin bu vilayətində meşə yanğını başladı
20 Avqust 2025 18:14
Türkiyənin 42 vilayətində FETÖ əməliyyatı:
30 Aprel 2025 10:08
Türkiyənin 38 vilayətində FETÖ əməliyyatı:
08 Yanvar 2025 11:11

