Türkiyənin daha bir bölgəsində motosikletlərin hərəkətinə qadağa qoyulub
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbuldan sonra əlverişsiz hava şəraiti ilə əlaqədar Kocaeli vilayətdə də skuter və motosikletlərin hərəkətinə qadağa qoyulub.
Xalqcebhesi.az Türkiyənin “cumhuriyet.com.tr” saytına istinadən qeyd edir ki, bütün şəhərə güclü qar yağması və buzlanma təhlükəsi olacağı nəzərə alınaraq tədbirlər görülüb. Bu çərçivədə sabah saat 09:00-dan 23 fevral bazar günü saat 09:00-a qədər motosiklet, skuter, elektrik skuter və motorlu kuryerlərin trafikə daxil olması qadağan edilib.
Qeyd edək ki, daha əvvəl eyni qadağa İstanbul valisi Davud Gül tərəfindən də İstanbul üçün elan edilib. Gül, "Bu gecə saat 00:00-dan etibarən hər növ motosiklet və kuryerlərin növbəti xəbərdarlığa qədər trafikə girişi qadağandır" demişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 20 Fevral 2025 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















