Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Türkiyənin ən antik şəhərləri FOTOLAR

Türkiyənin ən antik şəhərləri FOTOLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Türkiyə bir cənnətdir. Hər daşı, hər qayası, hər ağacı belə bir tarix olan Türkiyədə yüzlərlə qədim yaşayış məskəni mövcuddur. Bu gün dünya turizminin mərkəzinə çevrilən qardaş Türkiyədə də məhz turistlər qədim yaşayış məskənlərini ziyarət edir. Bunun müxtəlif səbəbləri var. Türkliyəyə səfər edən turistlərin ölkənin dörd bir yanında olan bu qədim yaşayış məskənləri haqqında öz təssüratlarını paylaşırlar. Hər il Türkiyəyə axın edən turistlərin sayı durmadan artır. Maraqlıdır ki, Türkiyənin kəşf edilməmiş ərazilərəinə belə turistlər axın edir. Qədim yaşayış məntəqələri, antik kəndlərə səfər edən turistlər maraqlı auraya düşdüklərini etiraf edirlər. Hələ qədim dövrdə də məşhur səyyahlar öz qeydlərində Türkiyənin gözəlliyini vəsf edirdilər. Məşhur  səyyah və yazıçı Marko Polo yazılarında “Türkiyəni kəşf edilməmiş cənnət” adlandırırdı. Başqa bir məşhur   səyyah Frederik Parat isə Türkiyəni gəzdikdən sonra burana axirətdəki cənnət olaraq qeyd edib. “Bu torpaqlarda  olmazmısınızsa, deməli bu dünyada yaşamamısınız”-deyə səyyah qeyd edir.
Bu günkü yazımızda məhz dünyanın cənnəti adlandırılan Türkiyənin ən qədim və gözəl insan yaşayış məskənləri ilə sizi tanış edəcəyik.
Olympos Antik Şəhəri, Antalya

Nə zaman inşa edildiyi bilinməsə də,  eramızdan əvvəl 167-168-ci illərdə zərb edilən Likya İttifaqı sikkələrində adı keçən Olympos, Likya Birliyində üç səs hüququ olan altı şəhərdən biri idi. Şəhərin sağ qalmış xarabalıqlarının çoxu meşədə ağac və kollarla örtülmüşdür.  Bu tikililər Ellin, Roma və Bizans dövrlərinə aiddir. Qədim dövrlərdə şəhəri iki yerə bölən çay yatağı kanalla bağlanmış, onun hər iki tərəfi dayaq kimi istifadə edilmiş və körpü ilə bir-birinə bağlanmışdır. Bu gün də körpünün bir sütunu qalmaqdadır. Çayın mənsəbinə yaxın kiçik və sıldırım akropolda son dövrlərə aid tikili xarabalıqları vardır. Çayın cənub sahilində Ellinistik təməlli və Roma təmirli kiçik teatr çox bərbad vəziyyətdə olsa da, girişin bir tərəfi yaxşı qorunub saxlanılmışdır.
Patara Antik Şəhər, Antalya.

Patara Antik yaşayış məskəni indiki Ovagelamış kəndində, Fethiye ilə Kalkan arasında Xanthos vadisinin cənub-qərb ucunda yerləşir. Likiyanın ən əhəmiyyətli və ən qədim şəhərlərindən biridir. Şəhərin indiki xarabalıqlarına inşası eramızın 100-cü illərinə aid olan möhtəşəm və yaxşı qorunmuş Roma zəfər tağıdır. Tağın qərbindəki təpənin yamaclarında Likiya tipli sarkofaqların olduğu qəbiristanlıq sahəsi yerləşir. Yazılardan aydın olur ki, şəhərin ən cənub ucunda yerləşən teatr eramızın 147-ci ildə zəlzələdən sonra yenidən tikilib. Şəhərin digər xarabalıqlarına Vespasian hamamları, Korinf məbədi, əsas küçə, liman və taxıl anbarı daxildir.

Pergamon Antik Şəhər, İzmir.

Dünyanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Pergamon Antik yaşayış məskəni Qala dağının zirvəsində yerləşir.  Qədim Perqamon şəhəri monumental memarlığı ilə Ellinistik dövr şəhər planlamasının ən yaxşı nümunələrindən birini təmsil edir. Afina məbədi, Trayan məbədi, Ellinistik dövrün ən sıldırım teatr quruluşu, kitabxana, Heron, Zevs qurbangahı, Dionis məbədi, agora və gimnaziya quruluşları bu planlamanın ən görkəmli nümunələrindəndir.Ellinistik Perqam Krallığının paytaxtı olan şəhər eyni zamanda əhəmiyyətli bir təhsil mərkəzi olması haqqında tarixi məlumatlar var.
Perge antik şəhəri, Antalya

Perge antik şəhəri tarixdə “Parha” adı ilə tanınıb. Tarixi bilgilərə görə   Xetlər dövründə mövcud olduğu güman edilən şəhər, Roma Dövründə Anadolunun ən nizamlı şəhərlərindən biri olub. Memarlığı və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhərdə aparılan qazıntılar zamanı ortaya çıxan heykəllər Antalya Muzeyini ən əhəmiyyətli heykəltəraşlıq muzeylərindən birinə çevirib. Pergenin şəhər planının əsasını biri şərq-qərb, digəri isə şimal-cənub istiqamətində uzanan iki əsas küçə təşkil edir. 15 min tamaşaçı tutumuna malik olan teatr çox yaxşı qorunub saxlanılıb. Oturma yerləri ilə üzbəüz, nəfis şəkildə bəzədilmiş iki mərtəbəli səhnə binası eramızın II əsrində tikilmişdir. Şəhərin qədim dövrlərdəki əzəmətini əks etdirən digər tikililər arasında düzbucaqlı planlı agora, hündür qüllələr, monumental fəvvarələr, hamamlar və sütunlu küçələr var.
Phaselis Antik Şəhəri, Antalya.

Eramızdan əvvəl 7-ci əsrdə Rodoslu kolonistlər tərəfindən inşa edildiyi qeyd edilən  Phaselis Antik Şəhəri bu gün Antalya Kemer yaxınlığında yerləşir. Bəzən Likya, bəzən də Pamfiliya bölgəsinin şəhəri kimi göstərilən və üç limanı olan şəhər əslində hər iki bölgənin sərhədləri arasında yerləşirdi. Bu günə qədər gəlib çatan xarabalıqlar daha çox Roma və Bizans dövrlərinə aiddir. Bunlar şəhərin əsas oxunu təşkil edən və Şimal-Cənub limanlarını birləşdirən əsas küçənin hər iki tərəfində düzülüb. Küçə aqora ilə teatr arasında genişlənir və kiçik bir meydan əmələ gətirir. Meydanın cənub-şərq küncündəki pilləkənlər teatra və Akropola çıxışı təmin edir. Şəhər teatrı tipik kiçik ölçülü Helenistik dövr teatrıdır. Şimal limanının arxasındakı yamac şəhərin qəbiristanlıq ərazisidir. Bu günə qədər gəlib çatmış ən monumental tikili su kəmərləridir. Şəhərin digər iki mühüm xarabalığı şəhər meydanındakı biri kiçik, digəri böyük iki hamamın xarabalıqlarıdır.
 Priene Antik Şəhəri, Aydın.

Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Priene, Söke mahalından 15 km cənub-qərbdə, Samsun dağının cənub yamaclarında qurulmuş əhəmiyyətli qədim şəhərlərdən biridir. 370 metr hündürlükdə sıldırım qaya üzərində tikilməsi şəhərə hücumlara qarşı müdafiədə üstünlük verirdi. Priene haqqında ilk məlumata qədim mənbələrdə eramızdan əvvəl VII əsrin ortalarında rast gəlinir. Afina məbədi şəhərin ən qədim və ən möhtəşəm məbədidir. Bu məbəd eramızdan əvvəl IV-II əsrlər arasında dünyanın yeddi möcüzəsindən biri olan Bodrumdakı Halikarnas məqbərəsinin memarı olan dünyaca
məşhur Pifiy tərəfindən tikilmişdir.
Gələn yazımızda Türkiyənin digər qədim yaşayış məskənləri ilə sizi tanış edəcəyik.  Belə bir atalar məsəli var:”Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”.
Siz də yolunuzu Türkiyəyə salsanız, bu qədim yaşayış məskənlərini ziyarət etməklə özünüzü tarixin ağuşunda hiss edəcəksiziniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:315
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Yanvar 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri