Türkiyənin ən yaxşı universitetlərinin siyahısı açıqlandı
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin ən yaxşı universitetlərini müəyyən edən URAP (University Ranking by Academic Performance) 2025-2026-cı il üzrə hesabatını təqdim edib. Akademik göstəricilər, elmi məqalələrin sayı və təhsilin keyfiyyəti əsasında hazırlanan siyahıda bu il sürpriz yerdəyişmə qeydə alınıb.
Milli.Az xəbər verir ki, uzun müddətdir zirvədə olan Orta Şərq Texniki Universitetini (ODTÜ) geridə qoyan Koç Universiteti Türkiyənin ən yaxşı universiteti seçilib.
Siyahının ikinci pilləsində ODTÜ, üçüncü pilləsində isə Hacettepe Universiteti qərarlaşıb.
İlk onluqda həm köklü dövlət universitetləri, həm də sürətlə inkişaf edən vəqf (özəl) universitetləri yer alıb.
Siyahı hazırlanarkən universitetlərin beynəlxalq elmi jurnallarda dərc olunan məqalələri, həmin məqalələrə edilən istinadlar, doktorantura məzunlarının sayı və xarici layihələrdə iştirakı əsas götürülüb.
İlk 10-luğa daxil olan universitetlər:
Koç Universiteti
Orta Şərq Texniki Universiteti (ODTÜ)
Hacettepe Universiteti
İstanbul Texniki Universiteti (İTÜ)
Ankara Universiteti
Sabancı Universiteti
Bilkent Universiteti
Ege Universiteti
Qazi Universiteti
İstanbul Universiteti
Hesabatda qeyd olunur ki, Türkiyə universitetləri yerli reytinqdə irəliləsələr də, dünya üzrə ilk 500-lükdə yer almaq üçün akademik araşdırmaların keyfiyyətini daha da artırmalıdırlar.
Lalə Qüdrətova
Milli.Az
Baxış sayı:107
Bu xəbər 08 Yanvar 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















