Icma.az
close
up
RU
Türkiyənin Ermənistanla sərhəd məntəqəsinə daşnakların qətlə yetirdiyi Tələt Paşanın adı veriləcək Qapıları açanda gözümüzü bağlamayaq

Türkiyənin Ermənistanla sərhəd məntəqəsinə daşnakların qətlə yetirdiyi Tələt Paşanın adı veriləcək Qapıları açanda gözümüzü bağlamayaq

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Ermənistanla sərhədindəki "Alican" sərhəd keçid məntəqəsinə ermənilər tərəfindən şəhid edilmiş Mehmet Tələt Paşanın adının verilməsi barəsində qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Qanun layihəsini İYİ partiyası hazırlayaraq parlamentə təqdim edib. Təşəbbüsü 28 nəfər millət vəkili dəstəkləyib.
Qanun layihəsinin müqəddiməsində deyilir: “Mühüm sərhəd-keçid məntəqələrimizdən biri olan Əlican Sərhəd Məntəqəsinin adının dəyişdirilərək Təlat Paşa Sərhəd keçid məntəqəsi olması tariximizi, müstəqillik mübarizəmizi və milli yaddaşımızı qorumaq istəyimizin konkret ifadəsi olacaq”.
Tələt paşanın türk xalqının taleyinin ən çətin dövrlərində dövlətin məsuliyyətini daşıyanlardan biri olduğu vurğulanır: “O, təkcə böyük lider və Osmanlı İmperiyasının son mərhələsinin siyasi xadimi deyil, həm də millətin yaşamaq və mövcud olmaq mübarizəsinin memarlarından biri olmuşdur”.
“Tarix sadəcə hadisələrin qeydləri deyil; böyük savaşların, liderlərin və ideyaların xalqların şəxsiyyətini formalaşdıran, yaddaşını qoruyan və gələcək nəsillərə ötürülən irsidir. Bu irsi qorumaq təkcə dövlət təfəkkürünün vəzifəsi deyil, həm də milli vicdanın ən mühüm borcudur”.
Sənəddə bildirilir ki, Əlican sərhəd-keçid məntəqəsinin adının Tələt Paşanın şərəfinə dəyişdirilməsi Türkiyənin milli qəhrəmanının şəxsiyyətinə hörmət əlaməti olacaq: "Bu, sadəcə, lövhənin dəyişdirilməsi deyil, türk xalqının öz tarixini, qəhrəmanlarını, yaddaşını yaşatmaq əzmi ilə bağlı güclü mesajdır. Bu addım həm gənc nəsildə tarixi şüurun formalaşması, həm də dövlətimizin qürurverici keçmişinin xatırladılması baxımından böyük əhəmiyyət kəsb edir".
Xatırladaq ki,  Osmanlı İmperiyasının keçmiş daxili işlər naziri və baş vəziri Təlat Paşa 1921-ci il martın 15-də Berlində erməni terrorçu Soqomon Teyleryan tərəfindən xaincəsinə qətlə yetirilib.
Qeyd edək ki, bir neçə il bundan əvvəl Ermənistanın Şirak bölgəsində Tələt Paşanın qatili olan daşnak Soqomon Teyleryana heykəl qoyulmuş. Heykəlin ayağının altında qəhrəman Mehmet Tələt paşanın kəsik başı təsvir edilərək xatirəsi təhqir edilmişdi.
Hürr Tərcüman  

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 İyul 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri