Moskva Bakı ilə İrəvan arasında dialoqda müsbət dinamika görür
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Moskva, 26 dekabr, AZƏRTAC
Rəsmi Moskva Azərbaycanla Ermənistan arasındakı dialoqda müsbət dinamika, eləcə də region daxilində əlaqələrin bərpası və qurulması istiqamətində perspektivlər görür.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. O, Rusiya tərəfinin nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesinin başlanmasını alqışladığını vurğulayıb.
Mariya Zaxarova Rusiyaya məxsus taxılın Azərbaycan ərazisindən tranzit yolu ilə keçməklə Ermənistana tədarükünü qeyd edərək, bunun regional “3+3” əməkdaşlıq formatının inkişafının aktuallığını təsdiqlədiyini bildirib.
O, həmçinin Moskvanın bu platformanın iclaslarında gürcü həmkarlarını da iştirakçılar arasında görmək istədiyini qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Dekabr 2025 03:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















