Icma.az
close
up
RU
Türkiyənin geopolitik qələbəsi: Suriya üçün yeni dönəm başlayır...

Türkiyənin geopolitik qələbəsi: Suriya üçün yeni dönəm başlayır...

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriyada müxalifətin silahlı hücumu ilə Əsəd rejimi devrildi, Bəşər Əsəd Rusiyaya gedərək sığınacaq istəmək məcburiyyətində qaldı. Bu çevrilişdən sonra illərdir Əsəd hakimiyyətinin zülmünə məruz qalan Suriya xalqını nə gözləyir? Yaxın Şərqin əsas düyün nöqtəsi olan və böyük güclərin maraqlarının toqquşduğu ölkənin taleyi necə olacaq?

Hazırda hər kəsi düşündürən bu sualı Sitat.info-ya açıqlamasında cavablandıran siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, Suriyada baş verənlər həqiqətən önəmli tarixi hadisələrdir:

"Şuşanın azad edilməsindən sonra Suriyada gedən bu proseslər müsəlman coğrafiyasında və Türkiyə geopolitik arenasında ən böyük mərhələdir. Əsəd rejimi qısa müddətdə dağıldı. O, Ərəb baharında ayaqda qalan yeganə siyasi lider idi.  Bu, həmin rejimin daxildən nə qədər çürük olduğunu və xarici dəstək olmadıqda qısa zamana yıxıldığını göstərdi”.

Politoloq qeyd edib ki, bu proseslər həm də, xarici dəstəyin o qədər də güclü olmadığını göstərdi: "Çünki xarici dəstək verən dövlətlər hazırda özləri öz cəbhələrində öz problemlərinin həlli ilə məşğuldurlar. Həm də bu proseslər Türkiyənin güclənməsindən xəbər verir. Bu proses təkcə Rusiya və İranın zəifləməsi yox, onların problemlər içində olması yox, həm də, Türkiyənin güclənməsindən, daha da irəliləməsindən xəbər verir”.

Ə.Məmmədlinin sözlərinə görə, bu məsələ dünyada və regionda bu cür də qiymətləndirilir: "Mənim fikrimcə, artıq Türkiyə güclü tərəfdədir. Əsəd rejiminə bəraət qazandırmağa çalışanlar var. Həmin şəxslər bildirirlər ki, terrorçulara qarşı savaşırlar və s bu kimi ifadələr işlədirlər. Hələbi azad edənlər hələblilər idi. Ötən illərə aid video kadrlarda kiçik uşaqların, “Biz Hələbə qayıdacağıq” dediyini görürük. Gördünüzmü, həmin uşaqlar böyüdü və Hələbi azad etdilər".

Ə.Məmmədli bildirib ki, bu kadrlar bizə 1993-94-cü illərdə də Qarabağdan köçkün düşən uşaqları xatırladır: "Onlar da böyüdülər və Qarabağı azad elədilər. İndi də həmin vəziyyətə oxşar bir vəziyyətdir. İndi biz bu vəziyyəti Suriyada müşahidə edirik. Əsəd rejiminə bəraət qazandıranlara sual verirəm. Əsəd rejimi 2016-2020-ci ilə qədər üstün bir dönəm yaşayırdı. Ortaya sual çıxır ki, həmin illərdə ordusunu niyə gücəndirmədi? Niyə silahlandırmadı? Niyə ideoloji və hərbi cəhətdən gücəndirmədi? Çünki bu, içi boş rejimdir. Çünki Əsəd heç vaxt öz dövlətinin idarəçiliyinə ciddi yanaşmayıb. Öz hakimiyyətinə ciddi yanaşa bilər, amma dövlət baxımdan ciddi yanaşmadı. Dara düşən kimi qaçıb, ondan bundan kömək istəyib, amma müstəqil güclü dövlət qurmayıb. Bəlkə də o, 2020-2024 -cü illərdə atəşkəs elan edildikdən sonra,  ordusuyla ideoloji və hərbi baxımdan ciddi məşğul olsaydı, əlavə olaraq da, xalqının yaşamını yaxşılaşdırsaydı, sülhverici mesajlar versəydi vəziyyət bu cür olmazdı. Əsəd rejimi bildirir ki, Ərdoğanla danışmırıq. Niyə? Guya Ərdoğanı rədd edirlər, guya bu qalib gəlibmişdilər və artıq Ərdoğanı rədd edirdilər. Bu uşaqca davranışdır. Dərin siyasətçi bu cür münasibət göstərməz. İndi həmən o münasibətin qurbanı oldu. Ona görə bu rejimə heç cür bəraət qazandırmaq olmaz. Sırf eyni məzhəbə sahibdir olduqda, buna bəraət qazandırmaq olmaz. Onda gəlin Səddam Hüseynə də, Qəddafiyə də bəraət qazandıraq? Yəni diktatorlar faciəvi şəkildə məğlub olurlarsa, sonluqları faciəvi olurlarsa,  demək onlar buna layiqdirlər, haqq edirlər. Deməli bunların hardasa, nə vaxtsa səhvləri olur və  o cür sonluğa düçar olurlar. Eynən də indi biz Əsədin bu sonluğunu gördük". 

Siyasi şərhçinin fikrincə, Türkiyə, İran, Rusiya Xarici İşlər Nazirlərinin və digər dövlət adamlarının görüşmələri artıq Türkiyənin güclü tərəf olduğunu göstərir: "2020-ci ildəki  Astana razılaşmasından fərqli olaraq bu dəfə  güclü tərəf İranla Rusiya yox, Türkiyədir. Türkiyə məcbur etdi ki, Əsəd hakimiyyəti  könüllü şəkildə  hakimiyyəti təhvil versin. Necə ki, Əfqanıstanda da eyni hadisə baş verdi.  Amerika öz oyuncaq müttəfiqini Talibana peşkəş elədi. Eynən də  Rusiya və İran öz oyuncaq müttəfiqi Əsədi Suriya müxalifətinə peşkəş etdi. Bunu həm də Türkiyənin tələbi ilə etdilər".

Tehran Yusifli,

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sitat.info
archiveBu xəbər 09 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri