Icma.az
close
up
RU
Suriya üçün xilas planı Türkiyənin qonşusu nədən narahatdır?

Suriya üçün xilas planı Türkiyənin qonşusu nədən narahatdır?

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Bu günlərdə dünyanın diqqəti Suriyadadır. Yeni keçid hökumətinin atdığı addımlar ölkənin gələcəyi ilə bağlı nikbin proqnozlara əsas verir. Ən mühüm olanı odur ki, hökumət PKK və onunla əlaqəli təşkilatlara qarşı yeni hərbi əməliyyatlara hazırlıq görür və Türkiyə ilə bu məsələdə aktiv əməkdaşlıq edir. Türkiyənin də mövqeyi bəllidir. Dəfələrlə bəyan edilib ki, PKK terrorçularının Suriyada mövcudluğu qəbuledilməzdir.
Ankara Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxlayır və hər cür dəstək verəcəyini bəyan edir. Artıq Türkiyənin Dəməşqdəki səfirliyinin işi bərpa edilib.

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Türkiyəyə təkcə siyasi deyil, həm də geo-iqtisadi faydalar gətirib. Ankara Suriya paytaxtındakı hakimiyyətə birbaşa təsir etmək imkanı əldə edib. Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirmək istədiyi əsas vəzifələr arasında qaçqınlar və kürd məsələsi var.

Dəniz sərhədləri haqqında saziş

Ankaranın prioritetlər siyahısına daha biri əlavə olunub. Bu, Türkiyə ilə Suriya arasındakı dəniz sərhədlərinə aiddir.
Bu sənədin imzalanması Şərqi Aralıq dənizində Türkiyənin maraqlarının qorunmasına gətirib çıxara bilər. Belə bir saziş həm Suriyanın regiondakı səlahiyyətlərini, həm də Ankaranın fəaliyyət sahəsini genişləndirəcək. Ankara Dəməşq ilə müstəsna iqtisadi zonaların (MİZ) sərhədlərinin müəyyənləşdirilməsi haqqında saziş imzalamağı da planlaşdırır. Bu yaxınlarda Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu bildirib ki, ölkəsi Dəməşqdə daimi hökumət formalaşan kimi onunla dəniz demarkasiyası haqqında saziş imzalamağı düşünür.

Ə.Uraloğlunun fikrincə, demarkasiya sazişi üzrə danışıqların uğurla irəliləməsi üçün başlıca şərt sabit siyasi vəziyyətdir. Reallaşdırılacağı təqdirdə saziş ölkələrə Aralıq dənizində karbohidrogen ehtiyatlarının kəşfiyyatı sahəsində "öz təsirlərini genişləndirməyə" imkan verəcək. Qərb mediası yazır ki, delimitasiya sahəsində Suriya ilə əməkdaşlıq çərçivəsində türklər suriyalılara ölkənin bərpasında dəstək və Aralıq dənizində limanların inkişafı da daxil olmaqla, iri infrastruktur layihələrinin həyata keçirilməsini təklif edirlər.

Türkiyənin dənizdə maraq dairələrinin həddinin müəyyənləşdirilməsi üzrə ikitərəfli sazişlərin həyata keçirilməsi təcrübəsi var. Yaxın keçmişdə - 2019-cu ilin noyabrında Ankara o zaman beynəlxalq səviyyədə tanınmış Liviyanın Milli Razılıq Hökuməti ilə oxşar saziş imzalayıb.

Yunanıstan Türkiyə-Suriya yaxınlaşmasından narahatdır

Ankaranın Aralıq dənizində növbəti saziş planı qonşularında, xüsusilə yunanlarda mənfi əhval-ruhiyyə yaradıb. Yunanıstan XİN hesab edir ki, Suriyadakı hazırki keçid vəziyyəti onunla Türkiyə arasında MİZ-in həddinin müəyyənləşdirilməsi haqqında müqaviləni qeyri-qanuni edir. ERT-news telekanalı Yunanıstan XİN-dəki mənbələrə istinadən bildirir: "Biz bunu izləyirik. Biz Kipr, qonşu ölkələr və Avropa İttifaqı ilə daimi əlaqədəyik". Öz növbəsində, yunan güc strukturları Türkiyə və Suriya arasında mümkün sazişi Yunanıstan və Kiprə qarşı qeyri-dostluq addımı kimi qiymətləndirirlər.

Türk ekspertləri isə hesab edirlər ki, Yunanıstanın gələcək sazişə hər hansı müdaxilə etmək hüququ yoxdur. Onların fikrincə, saziş yalnız iki ölkəyə - Türkiyə və Suriyaya aiddir.

Müxtəlif qiymətləndirmələrə görə, saziş reallaşdırılacağı təqdirdə Türkiyə öz iqtisadi maraqlar zonasını Kipr adasının ərazisinin 3/4-ü qədər genişləndirəcək. Şərqi Aralıq dənizi qaz ehtiyatları ilə məşhurdur. Əsəd hökuməti Suriya sahillərində kəşfiyyat işlərinə başlamağı planlaşdırırdı. Bunun üçün 2013-cü ildə artıq Suriya bazarında fəaliyyət göstərən Rusiya şirkəti "Soyuzneftegaz"ı cəlb etmişdilər. Lakin 2015-ci ilin sentyabrında Rusiya HHQ-nin əməliyyatı başladıqdan sonra təhlükəsizlik səbəbindən fəaliyyət dayandırılmışdı. Yeni hakimiyyət dövründə suriyalılar bu layihəyə qayıda, Kipr ətrafında aktiv geoloji kəşfiyyat aparan türklər isə Dəməşqi dəstəkləyə bilər.

Hicaz dəmir yolu bərpa ediləcək

Enerji Türkiyə və yeni Suriyanın ümumi maraqlarının yalnız bir hissəsidir. Ötən həftə Ərdoğan bildirmişdi ki, Ankara Dəməşqlə ticarət, energetika və müdafiə daxil olmaqla, bütün sahələrdə əlaqələri yaxşılaşdıracaq. Nəqliyyat naziri Uraloğlu jurnalistlərlə görüşdə tarixi Hicaz dəmir yolunun Suriyaya gedən hissəsini bərpa edərək Türkiyənin dəmir yolu xətlərini yenidən Dəməşqlə birləşdirəcəyini vəd etmişdi.
"Biz vəziyyəti tez qiymətləndirəcək və ilk mərhələdə Dəməşqlə dəmir yolu əlaqəsinin bərpası üçün addımlar atacağıq. Türkiyədən Hicaz bölgəsinə uzanan dəmir yolu hissələri var. Bilirik ki, bu xətlər daha böyük şəbəkənin bir hissəsi kimi uzun müddət işləməyib. 2009-2010-cu illərdə biz oraya sərnişin qatarları göndərirdik", - deyə Uraloğlu bildirib.

Beləliklə, Suriya ilə dəniz sərhədlərinin demarkasiyası Türkiyəyə Aralıq dənizində öz təsirini gücləndirməyə imkan verəcək. Geniş mənada bu, türk admiralı Cem Gürdeniz tərəfindən irəli sürülmüş və Bahçeşehir Universitetində Dəniz və Qlobal Strategiyalar Mərkəzinə rəhbərlik edən admiral Cihat Yaycı tərəfindən dövlət doktrinasına çevrilmiş "Mavi Vətən" strategiyasının bir hissəsidir.

Dəməşqdəki yeni hakimiyyət üçün isə sözügedən saziş Suriyada iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində bir addım ola bilər. Ehtimal olunan qaz ehtiyatlarının tapılması və mənimsənilməsi ölkəyə böyük gəlirlər gələcəyi deməkdir. Saziş ümumilikdə Türkiyə və Suriyanı daha da yaxınlaşdıracaq, onların ticarət-iqtisadi əlaqələrinin aktivləşməsinə stimul verəcək. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:274
embedMənbə:https://publika.az
archiveBu xəbər 18 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri