Icma.az
close
up
RU
Türkiyənin İraqda su layihələri

Türkiyənin İraqda su layihələri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İraqla Türkiyə arasında imzalanan yeni saziş iki ölkə münasibətlərində strateji dönüş nöqtəsi kimi qiymətləndirilir. Razılaşmaya əsasən, İraqda həyata keçiriləcək su infrastruktur layihələri türk şirkətləri tərəfindən icra ediləcək və bu layihələr neft satışından əldə olunan gəlirlər hesabına maliyyələşdiriləcək. Bu mexanizm həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir.

İraq hökuməti su infrastrukturu sahəsində genişmiqyaslı layihələr həyata keçirməyə hazırlaşır. Bu layihələrə üç su anbarı və üç meliorasiya təşəbbüsü daxildir. Məqsəd illərlə davam edən su qıtlığını aradan qaldırmaq, kənd təsərrüfatını bərpa etmək və iqlim dəyişikliklərinin təsirlərini azaltmaqdır. Maliyyələşdirmə mənbəyi kimi neft gəlirlərinin seçilməsi həm praktik, həm də simvolik məna daşıyır: İraq öz təbii sərvətlərindən istifadə etməklə daxili ehtiyaclarını ödəməyə çalışır, Türkiyə isə regional iqtisadi təsirini artırmaq üçün mühəndislik və texnologiya potensialını dövriyyəyə salır.

İraq və Türkiyə arasında su ehtiyatları məsələsi uzun illərdir ən həssas mövzulardan biridir. İraq su ehtiyatlarının, təxminən, 70 faizini qonşu ölkələrdən alır və bu axın əsasən Türkiyə ərazisindən keçən Dəclə və Fərat çaylarına bağlıdır. Son onilliklərdə Türkiyənin “Güneydoğu Anadolu Layihəsi” çərçivəsində inşa etdiyi iri bəndlər, o cümlədən Atatürk, İlısu və Karakaya bəndləri - İraqa axan suyun miqdarını xeyli azaldıb. BMT-nin 2024-cü il hesabatına görə, İraqda hər adambaşına düşən illik təmiz su həcmi 2000-ci illə müqayisədə 2 dəfə azalıb və 900 kubmetrdən aşağı səviyyəyə enib. Bu göstərici ölkəni su stressi yaşayan dövlətlər kateqoriyasına daxil edir.

İqlim dəyişiklikləri fonunda vəziyyət daha da pisləşir. Dünya Bankının proqnozuna əsasən, 2040-cı ilə qədər İraqda su qıtlığı səbəbindən kənd təsərrüfatı məhsuldarlığı 20–25 faiz azalacaq. Əgər bu tendensiya davam edərsə, 2050-ci ilə qədər ölkə əhalisinin üçdəbiri, təxminən 15 milyon nəfər su çatışmazlığından birbaşa təsirlənəcək. Eyni zamanda, BMT-nin məlumatına görə, Dəclə və Fərat çaylarında suyun səviyyəsi son 40 ildə 30 faiz azalıb. Bu proses təkcə İraq üçün deyil, həm də Suriyanın şimal bölgələri və Fars körfəzi hövzəsi üçün ciddi ekoloji risklər yaradır.

Yeni razılaşma məhz belə bir şəraitdə formalaşır. İndi tərəflər suyun miqdarını deyil, onun idarə edilməsini və iqtisadi dəyərini ön plana çəkirlər. Ankara bu sazişlə təkcə axının idarəçisi deyil, həm də texnoloji və investisiya tərəfdaşı rolunu möhkəmləndirir. Bu isə gələcəkdə su siyasətinin iqtisadi əməkdaşlıqla birləşdirildiyi “praktik diplomatiya” modelinin yaranmasına səbəb ola bilər.

Sazişin əhəmiyyəti təkcə iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır. Türkiyə Orta Şərqdə artan təsirini enerji və infrastruktur layihələri vasitəsilə gücləndirir, İraq isə infrastruktur asılılığını Qərb şirkətlərindən qismən azaldaraq regional tərəfdaşlarla daha balanslı əməkdaşlığa üstünlük verir. Suyun, neftin və texnologiyanın bu formada birləşdirilməsi həm də regionda yeni güc balansının formalaşmasına təkan verir.

İraq–Türkiyə sazişi göstərir ki, regionun gələcəyi sərt geosiyasi rəqabətdən daha çox qarşılıqlı asılılıq üzərində qurula bilər. Neftin suya, suyun isə sabitliyə çevrilməsi bu yeni mərhələnin əsas fəlsəfəsini təşkil edir. Əgər layihələr uğurla icra edilərsə, bu əməkdaşlıq Yaxın Şərqdə “resurs diplomatiyası” adlana biləcək yeni anlayışın əsasını qoya bilər - yəni enerji və suyun bir-birini tamamladığı, qarşılıqlı faydaya əsaslanan inteqrasiya modelinə üstünlük verilə bilər.

Səbuhi MƏMMƏDOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri