Türkiyənin Hakkari şəhərində İraqda həlak olmuş əsgərlərlə vida mərasimi keçirilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Ankara, 7 iyul, AZƏRTAC
İraqın şimalındakı “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində bir mağarada metan qazına məruz qalaraq həlak olan 12 türk əsgərindən altısının cənazəsi iyulun 7-də Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinə gətirilib.
Türkiyə Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, şəhidlərlə vida mərasimi Hakkari vilayətinin Yüksekova rayonundakı Səlahəddin Eyyubi adına hava limanında keçirilib.
Mərasimdə milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Metin Gürak, Silahlı Qüvvələrin birlik komandirləri, ikinci ordu komandanı Levent Ergün iştirak ediblər.
Türkiyə Milli Müdafiə Nazirliyi daha əvvəl İraqdakı ərazidə hərtərəfli təftiş zamanı metana məruz qalan 19 əsgərdən 12-sinin öldüyünü bildirmişdi.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 07 İyul 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















