Türkiyənin məşhur sənətçiləri Bakıda toplaşacaq FİLM GÜNLƏRİ
Icma.az bildirir, Modern.az portalına istinadən.
26-30 sentyabr 2025-ci il tarixlərində Bakıda “Türkiyə-Azərbaycan Türk Film Günləri” təşkil olunacaq.
Modern.az-ın məlumatına görə, tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Kino Baş İdarəsi, Azərbaycan Respublikası Kino Agentliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Yerli Düşüncə Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Film günlərinin fəxr qonağı məşhur türkiyəli aktrisa Hülya Koçyiğit olacaq. Tədbir çərçivəsində tamaşaçılar bir sıra sevilən türk filmlərini izləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, proqramda aşağıdakı filmlər yer alır:
“Gəlin” – 26 sentyabr, 19:00
“Narginli sona” – 27 sentyabr, 19:00
“Rafadan Tayfa” – 28 sentyabr, 12:00
“Şımarık” – 28 sentyabr, 19:00
“Aşk Bağları” – 29 sentyabr, 19:00
“Akıldan Kalbe” – 30 sentyabr, 19:00
Film günlərinə türkiyəli tanınmış aktyorlar Berk Oktay, Anıl Altan və Duygu Meriçan da qatılacaq.
Qeyd edək ki, layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TİKA və Türkiyə İşadamları və Sənayeçilər İctimai Birliyinin dəstəyi ilə reallaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 24 Sentyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















