Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Türkiyənin müdafiə sənayesi yeniliklərə imza atır

Türkiyənin müdafiə sənayesi yeniliklərə imza atır

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə müdafiə sənayesi Latın Amerikası bazarına iddialı giriş edib.

"Cebheinfo.az" xəbər verir ki, Braziliya Federativ Respublikasının Rio-de-Janeyro şəhərində keçirilən “LAAD 2025” Müdafiə və Təhlükəsizlik Sərgisində Türkiyənin 24 müdafiə şirkəti iştirak edib.

Ankara təkcə məhsullarını nümayiş etdirməklə kifayətlənməyib, həm də mühüm tərəfdaşlıqlara imza atıb.

Türkiyənin "Turkish Aerospace Industries" (TAI) şirkəti ilə Braziliyanın "Embraer" aviasiya nəhəngi  əməkdaşlıq memorandumu imzalayıb.

Tərəflər birgə təyyarə istehsalı, elmi-tədqiqat və test sahələrində əməkdaşlıq edəcəklər. Ankara, "Embraer"-in "KC-390" hərbi-nəqliyyat təyyarələrinin sifarişi ilə də maraqlanır.

Braziliya, həmçinin Türkiyənin "Kaan" (5-ci nəsil döyüş təyyarəsi) və "Hürjet" (təlim/qırıcı təyyarəsi) layihələrində iştirak etmək istəyir.

Türkiyənin dünyada tanınan "Baykar" şirkətinin istehsalı olan "Bayraktar TB2", "Akıncı" və "Kızılelma" dronları Braziliyanın diqqət mərkəzindədir.

Bu sistemlər yüksək texnologiya və əlçatan qiymətə görə regionda alternativsiz hesab olunur.

Qeyd edək ki, Braziliya ordusu 96 yeni zirehli texnika almağı planlaşdırır. 

Türkiyənin "Otokar" şirkətinin "Tulpar" zirehli döyüş maşını və "FNSS" şirkətinin  "Kaplan-MT" orta tankı layihənin əsas namizədlərindəndir. 

"Tulpar" modeli 120 mm-lik "Hitfact Mk.2" qülləsi ilə təchiz olunub.

Türkiyənin "Havelsan" şirkəti Çili Hərbi Dəniz Qüvvələrinin iki freqatını "Advent" döyüş idarəetmə sistemi ilə təchiz edəcək.

Bu, iki ölkə arasında dərinləşən müdafiə əməkdaşlığının ilk mərhələsidir.

Çilinin xarici işlər naziri vurğulayıb ki, Çili Türkiyə ilə azad ticarət razılaşması olan yeganə Latın Amerikası ölkəsidir və Ankara bu sahədə əsas tərəfdaşa çevrilə bilər.

"Aselsan" Çilidə "Leopard 2A4" tankları, "Marder 1A3" döyüş maşınları və "M109" haubitsalarının modernizasiyası layihələrində iştirak edir.

Şirkət həmçinin Argentinanın "MEKO" freqatlarının yenilənməsi üçün təklif irəli sürüb.

Braziliya Hərbi Dəniz Qüvvələrinin 11 yeni patrul gəmisinin tikintisi layihəsində də "Aselsan"ın iştirakı gözlənilir.

Braziliyanın "SIATT" və Türkiyənin "Kale Jet Engines" şirkətləri arasında "MANSUP-ER" raketlərinin ilk prototipləri üçün "KTJ-3200" reaktiv mühərriklərinin təchizatına dair razılaşma əldə olunub.

Yeni raketlərin 200 km məsafəyə qədər uçacağı planlaşdırılır, ilk sınaq 2026-cı ilin əvvəlində keçiriləcək.

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:674
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Aprel 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri