Türkiyənin Qarabağda istehsal olunan məhsullara tətbiq etdiyi güzəştlər bazarda yer tutmağa imkan verir AÇIQLAMA
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 29 dekabr, AZƏRTAC
Türkiyə ilə Azərbaycan arasındakı ticarət əlaqələrinin, həmçinin idxal və ixrac əməliyyatlarının həcminin atırılmasında iş adamlarının və biznes qurumlarının böyük rolu var. Biz ticarət nümayəndəliyi olaraq əlaqələrin daha da genişləndirilməsi üçün əlaqələr yaradırıq. Lakin istehsalçı şirkətlər də beynəlxalq bazarın tələbini öyrənməli və buna uyğun məhsul istehsal etməlidirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev deyib.
O bildirib ki, Türkiyə iş adamlarının Azərbaycana 30-dan artıq səfəri təşkil edilib. Bu missiya çərçivəsində 200-dən çox iş adamı Azərbaycana səfər edib, onlardan bəziləri fərqli sahələr üzrə artıq Azərbaycanda fəaliyyətə başlayıb, bəziləri isə həm yerli tərəfdaşları ilə, həm də təkbaşına biznes planları üzərində çalışırlar.
“Məsələn, bizim vasitəmizlə Azərbaycana gəlmiş Türkiyə şirkəti ötən gün burada müəssisə qurdu. Onlar burada innovativ xidmət göstərməyi nəzərdə tuturlar. Biz Türkiyənin 20-dən çox bölgəsinə səfər etmişik. Orada fəaliyyət göstərən ticarət, sənaye palataları ilə əməkdaşlıq çərçivəsində iş adamları ilə bir araya gəlmişik. Onlara Azərbaycandakı imkanları, dövlət tərəfindən təqdim edilən güzəşt mexanizmlərini, eləcə də bu kimi digər fürsətləri təqdim etmişik. Əlbəttə ki, bu danışıqlarda Qarabağ və Şərqi Zəngəzur regionları xüsusilə qeyd olunur. Türkiyəli iş adamlarını həmin regionlarda yaradılmış şərait və güzəştlərlə məlumatlandırırıq”, - deyə Tamerlan Tağıyev qeyd edib.
Ticarət nümayəndəsi eyni zamanda vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında mövcud olan güzəşt və mexanizmlərlə bağlı da türkiyəli iş adamları məlumatlandırılır: “Türkiyə Naxçıvan və Qarabağda istehsal olunan məhsullara güzəştli vergi və gömrük rüsumları tətbiq edir ki, bu da bazarda yer tutmaq üçün geniş imkan yaradır. Hazırda Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarətin 15 milyard dollara çatdırılması kimi qarşıya hədəf qoyulub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 Dekabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















