Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Türkiyənin regional güc mərkəzi statusu təsdiqlənir...

Türkiyənin regional güc mərkəzi statusu təsdiqlənir...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Koreya Ankara ilə yaxın əməkdaşlıqda maraqlıdır

Geopolitik mənzərənin sürətlə dəyişdiyi dövrdə Türkiyənin regional aktordan qlobal güc mərkəzinə doğru yüksəlişi beynəlxalq münasibətlər sistemində xüsusilə nəzərə çarpmaqdadır. Rəsmi Ankara son illərdə siyasi, hərbi, iqtisadi və texnoloji sahələrdə həyata keçirdiyi ardıcıl strategiyalarla qlobal münasibətlər sistemindəki rolunu yenidən müəyyənləşdirib. Türkiyə həm siyasi qərarvermədə müstəqil xətt yürüdür, həm də özünün sərt güc elementlərini sürətlə modernizə etməklə geopolitik cazibəsini artırır. Xüsusilə müdafiə sənayesinin lokallaşdırılması və yerli-texnoloji sıçrayışlar,   “Bayraktar” PUA-ları, hava hücumundan müdafiə sistemləri, taktiki zirehli platformalar, “Tayfun” raket layihəsi və nəhayət, milli döyüş təyyarəsi “Kaan” kimi proqramlar  Türkiyənin artıq yalnız regional deyil, qlobal oyunçu kimi qəbul edilməsində əsas amillərə çevrilib. Eyni zamanda, Ankara diplomatik çevikliyi ilə də seçilir. NATO-nun aparıcı üzvlərindən biri kimi Qərb strukturlarında yer alan Türkiyə, paralel şəkildə Orta Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya, Şimali Afrika və Qara dəniz hövzəsində özünəməxsus siyasi əməkdaşlıq platformaları müəyyənləşdirir. Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, enerji layihələrinin şaxələndirilməsi, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasına töhfələr, Suriya və Liviya proseslərində aktiv iştirak Ankara üçün yeni strateji imkanlar yaradıb. Artıq Ankara yalnız regional balansın elementlərindən biri deyil, dəyişən dünya nizamının formalaşmasına təsir göstərən aparıcı aktor sayılır.

Yeni əməkdaşlıq prioritetləri...

Bu fakt növbəti dəfə Cənubi Koreya Prezidenti Lee Jae Myungun Ankara sərfəri zamanı müşahidə olundu. Yeni inkişaf dövrünün aparıcı dövlətlərindən sayılan Cənubi Koreyanın Türkiyə ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirməsi Ankaranın yeni nizamdakı üstün rolunu dəqiqləşdirir. Yeri gəlmişkən, Prezident Rəcəb Tayyib Ərdoğan Cənubi koreyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, iki ölkə arasında nüvə elektrik stansiyasının qurulması ilə bağlı işlər davam edir. Vurğulanıb ki, Cənubi Koreya ilə Türkiyə arasında müdafiə sənayesində birgə səylərin potensialı müzakirə edilir. Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 1957-ci ildə qurulub. Münasibətlər 2012-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Lee Jae Myungun səfəri çərçivəsində ticarət və turizm, enerji və müdafiə sənayesi, infrastruktur və nəqliyyat, elm və texnologiya, qarşılıqlı investisiyalar, süni intellekt, yarımkeçirici və batareya texnologiyaları, innovasiya və bərpa olunan enerji sahələrində əhəmiyyətli potensial müzakirə olunub. Prezident Ərdoğan bildirib ki, Asiya-Sakit okean regionunda ikinci ən böyük ticarət tərəfdaşı olan Cənubi Koreya ilə müəyyən edilmiş 15 milyard dollarlıq ticarət həcminə çox yaxınıq. “Birgə səylər nəticəsində artıq 10 milyard dollarlıq həddi keçmişik. Daha balanslı ticarət münasibətləri üçün Azad Ticarət Sazişimizin yenidən nəzərdən keçirilməsinin vacibliyini də vurğuladım”, -deyə Ərdoğan deyib. İki ölkə arasında müdafiə sənayesi müstəvisində həyata keçirilən Altay Tank layihəsi ən uğurlu nümunələrdən sayılır.

Avropa, Yaxın Şərq, Avrasiya və Afrikanı birləşdirən unikal strateji mövqe

Vurğulanmalıdır ki, Cənubi Koreya da Türkiyəni regionun ən mühüm dövlətlərindən biri hesab edir. Anadolu Agentliyinin (AA) suallarını yazılı şəkildə cavablandıran Prezident Lee Jae Myung  ölkəsinin Türkiyə ilə strateji tərəfdaşlığını prioritet saydığını və əlaqələrin daha da gücləndirməkdə davam edəcəklərini bildirib. Koreya Prezidenti bildirib ki, Türkiyə Koreya üçün strateji tərəfdaşdır və Avrasiya bölgəsində əhəmiyyətli bir mərkəzdir. Koreya müharibəsində türk və koreyalı əsgərlərin çiyin-çiyinə vuruşduğunu bildirən Lee Jae Myung iki ölkəni “qan bağlı qardaşlar” olaraq xarakterizə edib. Lee Jae Myung Türkiyənin Avropa, Yaxın Şərq, Avrasiya və Afrikanı birləşdirən unikal strateji mövqeyə malik olduğunu ifadə edib: “Müdafiə sənayesində ikitərəfli əməkdaşlıq olduqca canlıdır və bu əməkdaşlıq birgə istehsal, texnoloji əməkdaşlıq və kadr hazırlığı mübadiləsini əhatə edən bir sıra layihələri əhatə edir. Güclü müdafiə tərəfdaşlığımızın tipik nümunəsi Altay Əsas Döyüş Tankı istehsal proqramıdır. İndiyə qədər topladığımız təcrübəyə əsaslanaraq, əməkdaşlığımızın əhatə dairəsini nüvə enerjisi, biosəhiyyə, rəqəmsal transformasiya, yeni və bərpa olunan enerji və süni intellekt kimi gələcəyə yönəlmiş sənaye sahələrini əhatə etmək üçün genişləndirməyi hədəfləyirik”, - deyə Cənubi Koreya Prezidenti bildirib.

Nüvə enerjisi sektorunda Koreya şirkətlərinin Türkiyənin Sinop Nüvə Elektrik Stansiyası layihəsində iştirakı ilə bağlı müzakirələrin davam etdiyini bildirən Prezident Koreyanın Türkiyənin nüvə enerjisinin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə əminliyini ifadə edib: “İnanıram ki, yeni nəsil müdafiə texnologiyaları ilə tərəfdaşlığımızı genişləndirə bilərik. Buna pilotsuz sistemləri ənənəvi platformalarla inteqrasiya etməklə, mobillik və müdafiə texnologiyalarını inkişaf etdirməklə və sektorlarımızın birgə innovasiya edə biləcəyi yeni sahələri araşdırmaqla nail ola bilərik. Prezident olaraq, mən Koreya və Türkiyə arasında təhlükəsizliyimizi gücləndirən, texnoloji imkanlarımızı inkişaf etdirən və iki ölkəmizdən kənarda sabitliyə töhfə verən gələcəyə yönəlmiş müdafiə tərəfdaşlığını dəstəkləməyə sadiqəm”.

Türkiyə güvənilir tərəfdaşdır...

Qeyd edək ki, səfər çərçivəsində Türkiyə və Cənubi Koreya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalanıb. 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 70-ci ildönümü ərəfəsində, qarşılıqlı hörmət, etimad və uzunmüddətli dostluğa əsaslanan Strateji Tərəfdaşlığın daha da dərinləşdirmək üçün birgə iradə bir daha təsdiqlənib. Qeyd edək ki, Birgə Bəyanatda siyasi əməkdaşliq proioritetləri açıqlanıb. Tərəflər bütün səviyyələrdə dialoq və məsləhətləşmələrin vacibliyini vurğulayaraq, müntəzəm siyasi əlaqələri və yüksək səviyyəli səfərləri davam etdirməyə hazır olduqlarını bildiriblər. Eləcə də Birləşmiş Millətlər Təşkilatı, G20 və başqa çoxtərəfli platformalarda birgə işləməyə hazır olduqlarını bir daha təsdiqləyiblər. Bəyanatda, həmçinin iqtisadi və sənaye əməkdaşlığının da istiqamətləri müəyyənləşdirilib. Tərəflər Türkiyə-Koreya Azad Ticarət Sazişi çərçivəsində əldə edilən irəliləyişlərdən məmnunluqlarını ifadə ediblər və ortaq rifaha və qarşılıqlı tamamlayıcı ticarət strukturuna töhfə verəcək bir razılaşmanın qorunmasının vacibliyini vurğulayıblar. Bundan başqa, elm, texnologiya və innovasiya, müdafiə sənayesi, mədəni, humanitar və cəmiyyətlərin inteqrasiyası sahəsində əməkdaşlıq prinsipləri vurğulanıb.

SADİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri