Icma.az
close
up
RU
Türkiyənin turizm məkanlarından türklər də üz döndərir Ottellər boşdur, başqa ölkələrə gedirlər FOTO

Türkiyənin turizm məkanlarından türklər də üz döndərir Ottellər boşdur, başqa ölkələrə gedirlər FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Turizm mövsümünün qaynar vaxtında Türkiyənin turizm müəssisələri müştəri qıtlığından əziyyət çəkir. Bu hal bir çox adama inandırıcı gəlməsə də, faktı turizmçilər təsdiqləyirlər. 

Çanaqqalanın məşhur Sokakağzı məhəlləsində dənizə yaxın ərazidə oteli olan iş adamı Mətin Arıburnu xarici mediaya müsahibəsində deyir: “Turizm mövsümünün ən qızğın vaxtıdır, amma otellərin yarıdan çoxu boşdur. Eşitmişəm ki, müştərilərimizin çoxu yunan adalarına qaçırlar. Mən də onları görmək üçün Midilli adasına gedirəm”.

Bəs necə olur ki, türklər münasibətləri çox da yaxşı olmayan Yunanıstana üz tuturlar?

Səbəblər çoxdur. Lakin bir qədər geriyə qayıdaq. Təxminən 20 il əvvəl Türkiyə bütün Avropa ölkələri ilə viza  rejimini aradan qaldırdı. Hətta bir çox ölkədən bura şəxsiyyət vəsiqəsi ilə gəlmək mümkündür. Qiymətlər də hamı üçün əlçatan idi. Ən əsası, aviabiletlərin və tekstil məhsullarının ucuzluğu hamını İstanbula çəkirdi. Bir neçə il əvvəl söhbət etdiyim bir parisli səhər reysi ilə İstanbula gələrək bütün geyimlərini aldıqdan sonra gecə saatlarında Parisə qayıtdığını deyirdi. Eyni davranışı Azərbaycan vətəndaşları da nümayiş etdirirdilər. Son 2-3 ildə isə vəziyyət dəyişib. 

Əcnəbi turistlərin Türkiyədən üz döndərməsinin başlıca səbəbi bahalıqdır. Yüksək inflyasiya fonunda qiymətlər artır, rəqabət qabiliyyəti aşağı düşür. Avropada aparılan araşdırmalar göstərir ki, bir əcnəbi üçün İspaniya və Yunanıstanda istirahət etmək daha ucuz başa gəlir. Halbuki, 5-6 il əvvəl bunun tam əksi idi. Həmin dövrdə İstanbul yunanlarla dolu idi. 

İkinci vacib məqam müştərilərin aldadılmasıdır. İnflyasiya artdıqca turistlərin aldadılması da həndəsi silsilə ilə artır. Şərq mentalitetindən doğan bu yanaşma (1 müştəridən 1 dəfəyə sanballı pul tutmaq) ilə polis mübarizə aparsa da, ciddi nəticə yoxdur. İnternet əsrində avropalı və rus turistlərin kütləvi şəkildə aldadılması artıq Türkiyə iqtisadiyyatına hiss ediləcək zərbəni vurub. Sosial medianın rus, alman, fransız, ispan və ingilisdilli seqmenti turistlərin şikayətləri ilə doludur. Çoxsaylı ölümlə nəticələnən otel yanğını da ölkənin nüfuzunu zədələyib. 

Dənizin o biri tərəfində, Yunanıstanda isə bu çatışmazlıqlardan məharətlə istifadə etdilər. Bir neçə il əvvəl Yunanıstan hökuməti Türkiyə vətəndaşları üçün 8 adaya səfər etmək imkanı yaratdı. Ölkənin əsas ərazisindən fərqli olaraq bura sadələşdirilmiş Şengen vizası ilə giriş mümkündür. Böyüklər üçün 80, kiçiklər üçün 20 avro olan vizanı sərhəddə almaq mümkündür. Bu viza adada 1 həftə qalmağa icazə verir. Gəmi ilə gedilən adalarda xidmətdən turistlər əsasən razıdır: təbiət gözəldir, tarixi məkanlar olduğu kimi saxlanılır, qiymətlər aşağıdır, xidmət personalı türk dilini bilir, turistlər aldadılmır. Bu amillərə görə türklər özləri də Bodrumdan, Antalyadan üz döndərib Yunanıstana  məxsus adalara üz tuturlar.

Adalara gediş-gəlişə icazə bir neçə illik layihə kimi nəzərdə tutulsa da, Afina bu məsələdə çox “səxavətli davrandı”. Bu ilin mayında icazə müddəti gələn il üçün də uzadıldı. Paralel olaraq səfər edilən adaların dayı 8-dən 10-a qaldırıldı. Bununla da, yunan turizmçiləri türkiyəli turist kontingentinin böyük bir hissəsini ələ keçirdilər. Belə peşəkar davranış nəticəsində Yunanıstan adalarında işsizlik azaldı, turizm canlandı, dövlətin gəlirləri artdı. Zərər görən isə birbaşa Türkiyə iqtisadiyyatı oldu.

2024-cü ildə turizm məqsədi ilə 1,2 milyon nəfər Türkiyə vətəndaşı Yunanıstana səfər edib. Bu il rəqəmin 1,8 milyona çıxacağı gözlənilir. Qədim Elladaya gələn turistlər arasında türklər amerikalıları qabaqlayaraq artıq 5-ci yerə yüksəliblər. Bunun əksinə, Yunanıstandan Türkiyəyə gələnlərin sayında 25 faiz azalma qeydə alınıb.

Yuxarıda qeyd etdiyimiz amillər elə Azərbaycandan da Türkiyəyə gedənlərin sayında azalmaya səbəb olub. Kiçik Avropa ölkəsi Monteneqro çox sayda vətəndaşımızı cəlb etməyi bacarıb. Vizasız gediş-gəliş, münasib qiymətlər və Avropada yerləşmə bu keçmiş sosialist ölkəsini daha cazibəli edir.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Avqust 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see221

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see215

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see166

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see157

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see153

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see153

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see152

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see146

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see138

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see138

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see135

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri