Türkiyənin vitse prezidenti hökumətin iqtisadi kursunun müsbət nəticələrini qeyd edib
Icma.az bildirir, Azertag portalına istinadən.
Ankara, 30 iyul, AZƏRTAC
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Nazirlər Kabinetinin iqtisadi kursunun ölkədəki vəziyyətə müsbət təsirindən danışıb.
AZƏRTAC xəbər verir ki, siyasətçi sosial şəbəkələrdə Türkiyədə məşğulluğun səviyyəsi ilə bağlı son statistik məlumatları şərh edib.
“Türkiyədə inflyasiyanın səviyyəsi 26-cı ayda birrəqəmli səviyyədədir, məşğul əhalinin sayı isə məqbul vəziyyətdədir. Bunlar ölkə hökumətinin iqtisadi siyasətində özünü göstərir”, -deyə vitse-prezident öz paylaşımında bildirib.
C.Yılmaz əmin edib ki, Türkiyədə iqtisadi vəziyyət hökumətin nəzarəti altındadır və bu, yeni iş yerlərinin açılması istiqamətində addımları stimullaşdırır. Eyni zamanda, gənclərin, eləcə də bütün yaş qruplarından olan qadınların məşğulluğuna xüsusi diqqət yetirilir.
Vitse-prezident bildirib: “Türkiyənin davamlı inkişafını şərtləndirən amillər işçi qüvvəsinin ölkənin regionları üzrə bərabər paylanması, eləcə də kadrların keyfiyyətinin yüksəldilməsidir”.
Türkiyə Statistika Qurumunun iyulun 30-na olan məlumatına görə, bu ölkədə işsizlik nisbəti 2025-ci ilin iyun ayının sonunda əvvəlki ayla müqayisədə 0,2 faiz azalaraq 8,6 faiz təşkil edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 İyul 2025 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















