Türkiyənin yaşlı əhalisinin sayı son beş ildə 20,7 faiz artıb
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə 65 və daha yuxarı yaşı olan əhalinin sayı beş il ərzində 20,7 faiz artaraq ötən il 9 milyon 112 min 298 nəfərə çatıb. Bununla da ölkədə bu yaş kateqoriyasının ümumi əhaliyə görə nisbəti 10,6 faizə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Statistika Qurumunun məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, ötən il Türkiyənin yaşlı əhalisinin 44,6 faizini kişilər, 55,4 faizini isə qadınlar təşkil edib.
Bununla bağlı aparılan hesablamalara görə, ölkədəki yaşlıların ümumi əhaliyə görə nisbətinin 2030-cu ildə 13,5 faiz, 2060-cı ildə 27 faiz, 2100-cü ildə isə 33,6 faizədək yüksələcəyi gözlənilir.

Dünya əhalisinin sayı artıb
14 Noyabr 2024 17:22
2024cü ildə dünya əhalisinin sayı AÇIQLANDI
30 Dekabr 2024 20:34
Ermənistan əhalisinin sayı AÇIQLANDI
06 Noyabr 2024 13:08
Ermənistan əhalisinin sayı açıqlandı
06 Noyabr 2024 13:29
Dünya əhalisinin sayı ARTIB
14 Noyabr 2024 17:02
