Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin yeni “İHA-300” hipersəs raketi 250 kilometrdən çox məsafədə yerləşən hədəfi dəqiq vurub.
Axar.az xəbər verir ki, bu barədə “ROKETSAN” müdafiə şirkətinin baş direktoru Murad İkinci jurnalistlərə məlumat verib.
O bildirib ki, hədəf Qara dənizin akvatoriyasında vurulub.
“Uçuş məsafəsi 300 kilometrədək olan bu “hava-yer” tipli hipersəs raketləri sayəsində Türkiyə Hərbi Hava Qüvvələrinin imkanları əhəmiyyətli dərəcədə genişlənəcək. Biz bu istiqamətdə işlənib hazırlanan məhsulların siyahısını genişləndirməyi hədəfləyirik”, – deyə “ROKETSAN”ın rəhbəri bildirib.
O qeyd edib ki, yeni raketlərin həm hərbi təyyarələrin, həm də zərbə tipli pilotsuz uçuş aparatlarının silahlanmasına daxil edilməsi planlaşdırılır.
“ROKETSAN”ın baş direktoru, həmçinin 1000 kilometrdən çox məsafədəki hədəfləri vurmaq imkanına malik digər Türkiyə ballistik raketi olan “TAYFUN Blok-4”ün yaxın zamanda seriyalı istehsalına başlanacağını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 13 Sentyabr 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















